
Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Əliyev Bakı şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Hadisənin Q.Əliyevin hamam otağında olan zaman baş verdiyi bildirilib.
Mərhumun 3 uşaq atası olduğu və paytaxtda tikintidə çalışdığı qeyd olunub. O, Cəlilabadın Maşlıq kəndində dəfn olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.