8-04-2026, 11:48 84

Azərbaycanda bəzi məhsullar ucuzlaşa bilər - SEVİNDİRİCİ XƏBƏR

"Əgər proses qeyd olunduğu kimi nəticələnsə və sülh davamlı olsa, müəyyən sabitləşməni müşahidə edə bilərik. Bəzi məhsulların qiymətlərində enmə də baş verə bilər. Bu, konkret olaraq müharibə ilə bağlı hissədir".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

AQC sədri əlavə əlavə edib ki, ümumilikdə isə fondlarda və bazarlarda aktivlik arta bilər:

"Aktivlik artdıqca dünya ticarəti genişlənəcək, inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın canlanması baş verəcək. Bu isə enerji daşıyıcılarının qiymətlərində müəyyən sabitlik yaradaraq ölkələr arasında iqtisadi münasibətlərin daha da inkişaf etməsinə və ticarət dövriyyəsinin artmasına səbəb ola bilər.

Bu proseslər nəticəsində qiymətlərdə müəyyən sabitləşmə yarana bilər və bazarlarda, xüsusilə idxal olunan məhsulların satışında qiymət artımının dayanması, bəzi hallarda isə müəyyən enmələr müşahidə oluna bilər.

Amma nəzərə alsaq ki, Azərbaycan bazarında qiymətlərin geriyə qayıtması çətin məsələdir, yəni artmış qiymətlərin aşağı düşməsi ənənəsi yoxdur. Bu istiqamətdə müəyyən fürsətçi biznes davranışları da mövcuddur. Ona görə də qiymətlərin ciddi şəkildə ucuzlaşacağına inanmıram".

Vüqar Oruc əlavə edib ki, bəzi məhsullarda maya dəyərinin azalması baş verə bilər ki, bu da satış qiymətlərinə təsir edə bilər:

"Amma daşınma xərclərində ciddi ucuzlaşma olacağı ehtimalı azdır. Çünki daxili xərclər artır və manatın alıcılıq qabiliyyətində də ciddi artım müşahidə olunmur. Buna görə də daşınma qiymətlərində ucuzlaşma gözlənilmir.

Dövlət tərəfindən tənzimlənən sahələrdə də ciddi ucuzlaşma ehtimalı zəifdir. Xaricdən asılı olan məhsullarda müəyyən ucuzlaşma ehtimalı olsa da, bazar davranışları səbəbindən bunun tam şəkildə əks olunacağı gözlənilmir.

Eyni zamanda İranla ABŞ arasında münasibətlərin normallaşması fonunda İranla iqtisadi əlaqələrin bərpası da müəyyən təsirlər yarada bilər. Bildiyiniz kimi, Azərbaycana İrandan müxtəlif məhsullar, xüsusilə meyvə, tərəvəz, göyərti və digər kənd təsərrüfatı məhsulları idxal olunur. Bu məhsulların qiymətində müəyyən ucuzlaşma ehtimalı mövcuddur".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

DGK sədri: "Temu" ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib Bu gün, 17:48 Gömrükdə 300 dollarlıq limit dəyişdirilir? - DGK sədri açıqladı Bu gün, 17:48 Bakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar Bu gün, 17:48 Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub Bu gün, 17:48 Uşaq musiqi məktəblərində müəllimlərin bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək Bu gün, 17:48 Yerin təkindən qanunsuz istifadə edənlər cəzalandırıldı Bu gün, 17:48 "Neftçi" - "Qarabağ" matçına hakim təyinatları açıqlanıb Bu gün, 17:48 Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi Bu gün, 17:48 Kəmaləddin Heydərov rəis müavini təyin etdi Bu gün, 17:48 Qəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA Bu gün, 17:48 Komitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI Bu gün, 16:48 Min manat borca görə ölkədən çıxışa "stop" qoyulur? Bu gün, 16:48 "Prezident Kuboku 2026" beynəlxalq reqatası: Birinci yarış gününün qaliblərii mükafatlandırılıb Bu gün, 16:48 BƏƏ OPEC-dən çıxmasının səbəbini açıqladı Bu gün, 16:48 Azərbaycan avarçəkəni Əlimurad Hacızadə "Prezident Kuboku 2026" reqatasında gümüş medal qazanıb Bu gün, 16:48 İran valyutası yenidən ucuzlaşıb - Dollar 1,8 milyon riala çatıb Bu gün, 16:48 Prezidentin sərəncamı əhalinin sel və daşqın fəlakətlərindən müdafiəsinə gətirib çıxaracaq - RƏY Bu gün, 16:48 Bu il 100 yaşı tamam olan azərbaycanlı alimin həyat və yaradıcılığı Bu gün, 16:48 Gömrük borcunun hesablanmasında YENİLİK Bu gün, 15:48 Aktau 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı seçilib Bu gün, 15:48 Mayda hava 35°-dək yüksələcək - AYLIQ PROQNOZ Bu gün, 15:48 "Kəlmə-Kəlməyə" meyxana şousunda ilk finalçı məlum oldu Bu gün, 15:48 Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq? Bu gün, 15:48 69 minlik dələduzluqda ittiham olunan qadın direktor Türkiyədən ekstradisiya edildi Bu gün, 15:48 AFFA "Neftçi"ni 12 min, "Qarabağ"ı 8 min cərimələdi Bu gün, 15:48 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evin hamamında zəhərləndi - Biri öldü Bu gün, 15:48 AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün  Avropaya yola düşüblər Bu gün, 15:48 Ağsuda "Isuzu" qəzaya uğradı: Yaralı sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ Bu gün, 15:48 Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu Bu gün, 14:49 Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib Bu gün, 14:49 Narkotikin təsiri altında qanunsuz maşın sürdü - HƏBS OLUNDU Bu gün, 14:49 Paytaxtın mərkəzi hissəsində boru partladı - Su küçəboyu axır Bu gün, 14:49 AZAL-ın təyyarəsi İrəvana eniş edib Bu gün, 14:49 Azərbaycanda malların müvəqqəti saxlanca yerləşdirilməsi şərtləri yüngülləşdirilir Bu gün, 14:49 Maliyyə Nazirliyinə Aparat rəhbəri təyin edilib Bu gün, 14:48 Növbəti köç karvanları Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib Bu gün, 14:48 Ağdərənin Aşağı Oratağ kəndinə köçən 6 ailəyə mənzillərinin açarları təqdim olunub Bu gün, 14:48 Azərbaycan və Maldiv adaları arasında VİZA LƏĞV EDİLDİ Bu gün, 14:48 Kürdə su artdı - Sabirabadda iki kəndi birləşdirən körpü su altında qaldı Bu gün, 14:48 Bakıda kişi sevdiyi qızın anasının qızıllarını oğurlayıb, özünə nişan mərasimi keçirdi - Polis saxladı Bu gün, 13:48 Xaçmazda dəhşətli qəza - Sürücülər öldü Bu gün, 13:48 Fərid Qayıbov: "İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir" Bu gün, 13:48 Tramp İranı təhdid edib: "Yaxşı oğlan" olmaq dövrü geridə qaldı Bu gün, 13:48 İdman zalında risk hesab edilən 3 məşq növü Bu gün, 13:48 2026-cı ildə ruslar ən çox bu ölkələrə səyahət edəcəklər Bu gün, 13:48 Vatikanla ABŞ arasında "ədalətli müharibə" mübahisəsi Bu gün, 13:48 Aİ Ukraynaya 90 milyard avroluq kreditin şərtlərini sərtləşdirə bilər Bu gün, 13:48 Bakıda tıxaclara son qoyacaq YENİ YOLLAR Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR