
ABŞ prezidenti Donald Tramp İrana qarşı təhdidləri davam edir.
BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, Tramp əgər Tehran razılaşmalardan imtina edərsə, Vaşinqton əvvəlkindən daha genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını vurğulayıb.
O, bunu sosial media platforması "TruthSocial"da yazıb.
"Əgər nədənsə bu baş verməsə, onda atışma əvvəlkindən daha böyük, daha mürəkkəb və daha güclü şəkildə başlayacaq" - deyə Ağ Ev rəhbəri qeyd edib.
Tramp daha əvvəl ABŞ qüvvələrinin müqavilənin şərtləri tam yerinə yetirilənə qədər İranın ətrafında qalacağını bildirmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.