9-04-2026, 15:48 94

Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşüb

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 9-da Azərbaycanda səfərdə olan Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə M.Çiftçini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.

O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayaraq rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv inkişafına daim önəm verdiyini qeyd edib. Bu əlaqələrin ilk növbədə qarşılıqlı hüquqi yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığı nəzərə çatdırılıb.

Nazir Azərbaycan polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də diqqətə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini məmnunluqla vurğulayıb, Mustafa Çiftçinin şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.

V.Eyvazov cənab Mustafa Çiftçinin Azərbaycana ilk rəsmi səfərinin əlaqələrin inkişafına və dərinləşməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

Səmimi qəbula, ətraflı məlumata və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri Azərbaycana səfərindən, dost və qardaş ölkələrin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, Azərbaycanda yaradılmış sabitlikdən, Bakının dünyanın ən gözəl paytaxtlarından və təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.

O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin iki ölkənin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

Paylaş

Xəbər lenti

Dabaq xəstəliyinə qarşı milyonlarla doza peyvənd ALINACAQ Bu gün, 19:48 Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ Bu gün, 19:48 Bruqada: Mexiko 2030-cu ilə qədər yeni şəhər gündəliyinin formalaşdırılmasına hazırlaşır Bu gün, 19:48 ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb Bu gün, 19:48 Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir Bu gün, 19:48 İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb Bu gün, 18:48 Bakı-Qəbələ-Bakı qatarları həftəsonları hər iki istiqamətə hərəkət edəcək Bu gün, 18:48 Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib Bu gün, 18:48 Mariam Kvrivişvili: "SOCAR ilə əməkdaşlıq Bakı–Supsa kəmərinin bərpasına imkan yaradacaq" Bu gün, 18:48 Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib Bu gün, 18:48 Yuri Qusev: Kiyev Ukraynanın bərpası üzrə konfransda Azərbaycanın iştirakına ümid edir Bu gün, 18:48 Si Cinpin WUF13-ün işinə uğurlar arzulayıb Bu gün, 17:49 Murat Kurum: Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib Bu gün, 17:49 Nazir: Türkiyə COP31-də Azərbaycanın COP təcrübəsindən istifadə edəcək Bu gün, 17:49 Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib Bu gün, 17:48 Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib Bu gün, 17:48 Emin Ağalarov: "Liderlərin "Sea Breeze"ə səfəri gözlənilir" Bu gün, 17:48 İlham Əliyev: Azərbaycan vahid Çin siyasətini dəstəkləyir Bu gün, 17:48 WUF13: Bakı qlobal urbanizasiya siyasətinin əsas platformalarından birinə çevrilir Bu gün, 17:48 KİV: Bakı-Tbilisi dəmiryol nəqliyyatı bərpa olunur - TARİX AÇIQLANDI Bu gün, 17:48 Azərbaycan Belarus və Qazaxıstandan benzin almağa başlayıb Bu gün, 17:48 WUF13 çərçivəsində Liderlər Sammiti başa çatıb Bu gün, 17:48 Elvin Hacıyevə yüksək vəzifə verildi Bu gün, 17:48 Serbiya prezidenti: "Azərbaycanla birlikdə qaz istehsal müəssisəsi istifadəyə verəcəyik" Bu gün, 16:48 UN-Habibat: Azərbaycanın "ağıllı şəhər"lər ilə bağlı layihələri təqdirəlayiqdir Bu gün, 16:48 Kobaxidze: Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib Bu gün, 16:48 Azərbaycan və Türkiyə enerji səmərəliliyi üzrə Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Esvatini Kralı: Bakıya gəlmək və WUF13-də çıxış etmək şərəfdir Bu gün, 16:48 AYNA: WUF13 çərçivəsində 24 minə yaxın sərnişin daşınıb Bu gün, 16:48 Belarusda nüvə silahının tətbiqi ilə bağlı hərbi təlimlərə start verildi Bu gün, 16:48 İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır Bu gün, 16:48 İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib Bu gün, 16:48 Mavriki Prezidenti: WUF13-ə dəvətinə görə İlham Əliyevə təşəkkür edirəm Bu gün, 16:48 Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib Bu gün, 16:48 Liviya Prezident Şurasının Sədri Azərbaycana təşəkkür edib Bu gün, 16:48 Azərbaycan dili fənni üzrə mayın 3-də keçirilən test imtahanının nəticələri açıqlanıb Bu gün, 16:48 Aleksandar Vuçiç: İlham Əliyevin xalqına bağlılığı Bakıdakı inanılmaz tərəqqinin təminatçısıdır Bu gün, 16:48 XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib Bu gün, 16:48 Mirziyoyev WUF13-ün qüsursuz təşkilinə görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 15:48 Nqa Kor Minq: Azərbaycan WUF13-ün iştirakçı sayına görə rekord müəyyən edib Bu gün, 15:48 Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək Bu gün, 15:48 Moskvada leysan yağışları 122 illik rekordu yenilədi Bu gün, 15:48 Keniya Prezidenti: Afrika üzrə ən genişmiqyaslı mənzil inşaatı layihəsi həyata keçiririk Bu gün, 15:48 İyunun 14-ü magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək Bu gün, 15:48 "Haber Global" İlham Əliyevin Bakıda keçirilən WUF13-dəki çıxışından videosüjet hazırlayıb Bu gün, 15:48 Aleksandar Vuçiç: Hər dəfə Bakıya gələndə çoxlu dəyişikliklər görürəm Bu gün, 15:48 Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib Bu gün, 15:48 İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR