
Bakının Babək prospektində "Maserati" markalı minik avtomobil tüstüləyib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) BAKU.WS-ə verdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində, "Dəniz mebel" mağazasının qarşısında baş verib. Məlumata əsasən, "Maserati" markalı avtomobilin mühərrik hissəsində qəfil yanğın başlayıb.
Hadisə yerinə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.