
"Liverpul"un müdafiəçisi Endryu Robertson "Tottenhem"in İngiltərə Premyer Liqasında yerini qoruyacağı halda bu kluba keçməyə razıdır.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, tərəflər artıq şifahi razılıq əldə edib və müqavilənin detalları üzrə anlaşma təmin olunub.
Şotlandiyalı futbolçu Çempionşipdə çıxış etmək niyyətində deyil.
Xatırladaq ki, bir neçə gün əvvəl "Liverpul"un mətbuat xidməti cari mövsümün sonunda Endryu Robertsonun komandadan ayrılacağını açıqlayıb.
"Tottenhem" klubu turnir cədvəlində 18-ci pillədə qərarlaşıb və 17-ci yerdə olan "Vest Hem"dən 2 xal geri qalır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.