
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
AVESTA.AZ xəbər verir ki, seçmə komandamızın üzvü "Şüa İdman Kompleksi"ndə rekorda imza atıb.
Belə ki, o, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləyib.
Bu rekord türkiyəli Osman Gürcüyə məxsus idi (16.70). N. Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi bacarıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.