14-04-2026, 15:48 74

"Unibank" ASC 2026-cı ilin I rübünün maliyyə nəticələrini açıqlayıb.

Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.

Hesabat dövründə Bankın məcmu gəlirləri 105 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artım deməkdir.

Bu dövrdə əməliyyat mənfəəti 11 milyon manat, xalis mənfəət isə 8,1 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 33 % artaraq, 240 milyon manata çatıb. Aktivlərin məbləği isə 393 milyon manat artaraq 2,2 milyard manata yaxınlaşıb.

Son bir il ərzində bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib. Bu göstərici 31 mart 2026-cı il tarixə 14,32 % təşkil edib.

"Unibank"ın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, bank 2026-cı ilin ilk rübünü əhəmiyyətli nəticələrlə başa vurub: "Bu ilin ilk rübü bizim üçün yeni strateji mərhələnin başlanğıcı oldu. Əldə etdiyimiz nəticələr seçdiyimiz inkişaf istiqamətinin düzgün olduğunu təsdiqləyir. 2026-cı il yeni 3 illik strategiyanın ilk ilidir. Biz daha çevik, daha rəqəmsal və müştəriyönümlü bank kimi mövqeyimizi gücləndirməyə fokuslanmışıq. Bu il bankımız üçün həm də transformasiya ilidir. Qarşıdakı dövrdə həm məhsul xəttimizi genişləndirmək, həm də real iqtisadiyyata töhfəmizi artırmaq əsas prioritetlərimiz olacaq".

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların məbləği 22 %, sayı isə 34 % artıb. I rübün sonuna nağdsız əməliyyatların həcmi 3,9 milyard manatı, sayı isə 133 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 13 % artdığı üçün ümumi müştəri sayı 2,3 milyon nəfəri keçib. 2025-cı ilin I rübü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %, hüquqi şəxslərin sayı isə 13 %-ə qədər artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və ümumi depozit portfelinin həcmi 1 milyard 378 milyon manatı ötüb.

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin məbləği 36 %-dən çox artaraq, 622 milyon manatı ötüb. Biznes portfelin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2025-ci ilin I rübü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında 131 milyon manat artım qeydə alınıb. Ümumilikdə isə biznes kreditlərinin ümumi kredit portfelində həcmi 45 %-i keçib.

Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 203 milyon manat təşkil edib və kredit portfeli 1,3 milyard manatı ötüb.

Paylaş

Xəbər lenti

Məhkumlarla görüşlər üçün onlayn qeydiyyat xidməti istifadəyə verilib Bu gün, 12:49 Xocavənd kəndinə daha 32 ailə yola salınıb Bu gün, 12:49 Rusiyada ən azsaylı xalqın sayı açıqlanıb Bu gün, 12:49 Okamponun ifşası: "Paşinyan aradan qaldırılmalıdır" Bu gün, 12:48 SOCAR-ın idarəsi 3 ayda qeyri-neft ixracından 35 milyon dollardan çox gəlir əldə edib Bu gün, 12:48 Metronun yeni açılacaq stansiyası HARADA YERLƏŞİR? - VİDEO Bu gün, 12:48 Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq Bu gün, 12:48 İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib Bu gün, 12:48 Prezident: İdmançılarımızda qələbə əzmi çox güclüdür Bu gün, 12:48 "Hafka" ilə Qurban Qurbanov bir arada Bu gün, 11:48 Mayın sonunda ardıcıl 5 gün iş olmayacaq Bu gün, 11:48 Baş Ələt stansiyasında dəmir yolu xətlərinin yenilənməsi davam edir Bu gün, 11:48 Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub Bu gün, 11:48 "Fənər"dən qovulan Tedeskoya yeni təklif gəldi Bu gün, 11:48 Oğuzda narkokuryerlər saxlanılıb Bu gün, 11:48 DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ Bu gün, 11:48 Gəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI Bu gün, 11:48 İranla müharibənin xərci 25 milyard dollara çatıb - Pentaqon Bu gün, 10:48 "Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR Bu gün, 10:48 Azərbaycanda saatlıq əməkhaqqı modelinə keçid sürətlənə bilər Bu gün, 10:48 Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı Bu gün, 10:48 Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar Bu gün, 10:48 Avropa ölkələri NATO-ya əlavə olaraq yeni hərbi dəniz ittifaqı yaradır Bu gün, 10:48 Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək Bu gün, 10:48 Həbib Nurməhəmmədov: "Putin mənim üçün heç bir idman bazası tikdirməyib" Bu gün, 10:48 Qəbul imtahanının II mərhələsi üzrə neçə abituriyent qeydiyyatdan keçib? Bu gün, 10:48 Ronaldo azarkeşlərin məsxərəsinə istehzalı cavab verdi Bu gün, 10:48 MTK-lar idarəetməni niyə təhvil vermirlər? - Sakinlərin bitməyən "komendant" dərdi Bu gün, 09:48 ABŞ-İran gərginliyi yenidən artır: Müharibə yenidən başlayacaq? Bu gün, 09:48 Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 09:48 Neftimiz 6 dollardan çox bahalaşıb Bu gün, 09:48 Bakıda yanğın təhlükəsizliyi pozulan topdansatış mağazası bağlandı Bu gün, 09:48 "Prezident Kuboku 2026": Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq Bu gün, 09:48 Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi - Agentlikdə TƏYİNAT Bu gün, 08:48 Ucar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" Bu gün, 08:48 Tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq Bu gün, 08:48 Ardıcıl 3 gün qeyri-iş günü olacaq Bu gün, 08:48 "Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub Bu gün, 00:48 Orxan Fikrətoğlu: "Allahdan qorxmayan insan birmənalı olaraq təhlükəlidir" Bu gün, 00:48 ADNA-da törədilən terror aktından 17 il ötür Bu gün, 00:48 XTQ-nin yaradılmasından 27 il ötür Bu gün, 00:48 Çaykənd əməliyyatından 35 il ötür Bu gün, 00:48 Pentaqon iki vacib vəzifəsini açıqladı Dünən, 23:48 "50-yə yaxın evə ziyan dəydi" - Selin fəsadları ilə bağlı hansı işlər görülür? Dünən, 23:48 Ermənistanda seçicilərin satın alınması işi üzrə daha beş nəfər saxlanılıb Dünən, 23:48 ABŞ-də əyləncə parkındakı iğtişaşlar zamanı iki polis xəsarət alıb Dünən, 23:48 Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub Dünən, 22:48 "Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR