
Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Onikişubat rayonunda məktəbdə silahlı insident baş verib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb.
***15:14
Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Onikişubat rayonunda məktəbdə silahlı insident baş verib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ayşel Çalık adına orta məktəbdə naməlum səbəbdən atəş səsləri eşidilib.
Hadisə yerinə qısa müddətdə çoxlu sayda polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hadisə zamanı məktəbdə və ətrafında panika yaşanıb. Hüquq-mühafizə orqanları ərazini nəzarətə götürərək təhlükəsizlik tədbirlərini gücləndirib.
İlkin məlumatlara əsasən, silahlı insident nəticəsində ölən və yaralananların olduğu bildirilir. Yaralı şəxslərə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar xəstəxanalara çatdırılıb.
Hazırda polis əməkdaşları hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.