Bu gün, 18:48 54

Könül Hüseynova:

"İncəsənət təhsilində müasir tədris metodlarının tətbiqi və yeni dərs vəsaitlərinin hazırlanması təqdirəlayiqdir. Son illər Mədəniyyət Nazirliyi tərəfindən incəsənət təhsili sahəsində sistemli islahatlar həyata keçirilir. Müxtəlif ixtisas fənləri ilə bağlı tədris proqramları yenilər, dərs vəsaitləri nəşr olunur".

AVESTA.AZ xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında pianoçu, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova bildirib.

Könül Hüseynova:

Onun sözlərinə görə, incəsənət təhsilinə yeni yanaşmaların tətbiqi artıq bir zərurətdir:

"Təəssüf ki, uzun illər bu sahənin inkişafına konseptual yanaşma olmayıb. Artıq müasir dövrün tələblərinə uyğun tədris metodlarının tətbiqi və yeni dərs vəsaitlərinin hazırlanması istiqamətində diqqətəlayiq işlər görülür. Bununla bağlı mən Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanan incəsənət məktəblərinin I-II sinifləri üçün "Balaca pianoçu" adlı dərs vəsaitini qeyd edə bilərəm. Yeni nəşr aktuallığı, qarşıya qoyulmuş elmi-pedaqoji məsələlərin həllində yeni metod və vasitələrin təqdim olunması ilə diqqət çəkir. Burada verilən məşğələ və kiçik həcmli əsərlər şagirddə psixomotor bacarıqların formalaşdırılmasını təmin edərək barmaqların müstəqilliyi, koordinasiya və düzgün əl qoyuluşu, oturuş vərdişlərinin sistemli şəkildə mənimsənilməsinə şərait yaradır".

Nəzəri biliklərlə praktik ifa arasında inteqrasiya

Könül Hüseynova qeyd edib ki, peşəkar mütəxəssislər tərəfindən ərsəyə gətirilən dərs vəsaitində materialın strukturu not mətninin, ritm-intonasiya ifadəliliyi və tonal münasibətlərin ardıcıl mənimsənilməsinə əsaslanır:

"Bu yanaşma şagirdlərdə nəzəri biliklərlə praktik ifa arasında inteqrasiyanı təmin edir. Təqdim olunan məşğələ və əsərlər sadədən mürəkkəbə doğru inkişaf edən pedaqoji xətt üzrə qurulub. Bu isə təlim prosesində koqnitiv yüklənməni optimallaşdırır və biliklərin davamlı mənimsənilməsinə xidmət edir.

Nəşrdə repertuar seçimi uşaqların psixoloji xüsusiyyətləri, diqqət müddəti və emosional qavrayış səviyyəsi nəzərə alınmaqla aparılıb. Bu, təlim motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərir. Sadə, melodik, ritmik intonasiyalı əsərlər vasitəsilə şagirdlərdə eşitmə qabiliyyəti, ritm hissi və musiqi yaddaşı inkişaf etdirilir ki, bu da ümumi musiqi qabiliyyətlərinin formalaşmasında əsas rol oynayır".

Yeni və milli özünəməxsusluğu ilə seçilən musiqi əsərləri

Pianoçu-pedaqoq onu da əlavə edib ki, klassik Azərbaycan və xarici ölkə bəstəkarlarının irsi ilə yanaşı, məxsusi olaraq bu vəsait üçün yeni əsərlər yazılıb. Belə ki, bəstəkarlar - Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova və Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev tərəfindən yazılan yeni, milli özünəməxsusluğu ilə seçilən əsərlər "Balaca pianoçu" vəsaitinin dəyərini daha da artırır.

Paylaş

Xəbər lenti

Tehran Vaşinqtondan kompensasiya tələb etdi - Şərtlər AÇIQLANDI Bu gün, 19:48 Netanyahu və Madyar ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər Bu gün, 19:48 Vətəndaşa verilən qiymət, dəyişməz mövqe: Bakı və Moskva mürəkkəb danışıqlarda razılığa gəldilər Bu gün, 19:48 Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək Bu gün, 19:48 Azercell-in dəstəyi ilə "StartHer Quba" layihəsinə start verildi Bu gün, 19:48 Azərbaycanda bəzi şəxslərin MAAŞLARI ARTACAQ Bu gün, 18:48 Könül Hüseynova: "İncəsənət təhsilində müasir metodların tətbiqi zəruridir" Bu gün, 18:48 Asiyaya açılan investisiya pəncərəsi: ARDNF-nin Çin strategiyası genişlənir Bu gün, 18:48 Bakı sakinlərinə qazla bağlı XƏBƏRDARLIQ - Sabah saat 10:00-dan etibarən... Bu gün, 18:48 Pakistanda növbəti həftə ABŞ-İran danışıqları bərpa edilə bilər Bu gün, 18:48 Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək Bu gün, 18:48 Politoloq: "Azərbaycan hər zaman milli maraqlarını qətiyyətlə qorumağa qadir ölkə olduğunu göstərir" Bu gün, 17:49 Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdi Bu gün, 17:48 Alkoqolsuz pivənin faydaları ilə bağlı araşdırma açıqlanıb Bu gün, 17:48 Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib Bu gün, 17:48 Leandro Andrade: "Dünyanın ən yaxşılarına qarşı mübarizə aparmaq xüsusi hissdir" Bu gün, 17:48 Azərbaycan yaxın 4 ildə işğaldan azad olunmuş ərazilərinə 13 milyard manat xərc çəkəcək Bu gün, 17:48 Ölümə görə kompensasiya qalmaqalı: Şirkət niyə ödəniş etmir? Bu gün, 17:48 Sabah Bakının bu hissələrində QAZ KƏSİLƏCƏK - Saat 10:00-dan... Bu gün, 17:48 Türkiyədə məktəbdə silahlı insident törədən məktəblinin atası saxlanıldı - DETALLAR Bu gün, 17:48 "Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb Bu gün, 17:48 Məcnun Məmmədov: "Latviya ilə aqrar sahədə prioritet istiqamətlər üzrə razılıq əldə olunub" Bu gün, 17:48 Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq xidmət etmək istəyənlərin NƏZƏRİNƏ - QƏBUL BAŞLADI Bu gün, 17:48 Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub Bu gün, 17:48 Paytaxtın bu ünvanına yeni svetoforlar quraşdırılıb Bu gün, 17:48 Macarıstanda siyasi gərginlik: qalib partiyanın lideri prezidentin istefasını tələb etdi Bu gün, 16:48 Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək Bu gün, 16:48 "Referans"ın keçmiş direktoruna HÖKM OXUNDU Bu gün, 16:48 Ceyson Stetem Antalyada istirahət edir Bu gün, 16:48 Azərbaycanda yaxın 5 ildə manatın məzənnəsinin sabit qalacağı gözlənilir Bu gün, 16:48 Bakının mərkəzində baş verən yanğın söndürülüb Bu gün, 16:48 28 yaşlı şəxs işlədiyi mağazada öldü Bu gün, 15:48 Məşhur aktyorun qumar borcunu həyat yoldaşı ödəyib Bu gün, 15:48 Elçin Əmirbəyov Çexiya rəsmiləri ilə görüşlərdə Ermənistanla normallaşma prosesindən danışıb Bu gün, 15:48 Şəkidə 1000-dən çox abonentin qazı kəsiləcək Bu gün, 15:48 İran gəmiləri ABŞ mühasirəsi fonunda Hörmüz boğazından keçib Bu gün, 15:48 "City Garden Narimanov"da hazır mənzillər satışda - "Kristal!" Bu gün, 15:48 Bakının mərkəzində yanğın BAŞLAYIB Bu gün, 15:48 Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Bu gün, 15:48 AYNA: "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir Bu gün, 15:48 Azərbaycan pilotları beynəlxalq axtarış-xilasetmə təlimində tapşırıqları uğurla icra edib Bu gün, 15:48 Paşinyan: Azərbaycandan yanacaq idxal etməklə on milyardlarla vəsaitə qənaət etmişik Bu gün, 15:48 Türkiyənin daha bir məktəbində silahlı insident - 4 nəfər ölüb, 20 nəfər yaralanıb Bu gün, 15:48 Şuşa İndoneziyanın şəhərlərindən biri ilə qardaşlaşa bilər Bu gün, 14:48 Prezident Kitabxanasında "Zərifə Əliyeva" adlı çoxdilli virtual kitab sərgisi hazırlanıb Bu gün, 14:48 Bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir - PROQNOZ Bu gün, 14:48 Tağıyev qəsəbəsində uşaqları dəm qazından zəhərlənən ailənin 6 övladı dövlət himayəsində qalacaq Bu gün, 14:48 Bakı Bulvarındakı əkilən gülləri qopararaq buket belə düzəldiblərmiş - YENİ VİDEO Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR