
İsrailin Baş naziri Benyamin Netanyahu və Macarıstanda parlament seçkilərində qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Madyar Macarıstan və İsrail arasında sıx əməkdaşlığı qoruyub saxlamaq niyyətini təsdiqləyib və Netanyahunu Macarıstan qiyamının 70 illiyi münasibətilə keçiriləcək mərasimdə iştirak etməyə dəvət edib.
İsrailin Baş naziri bu dəvəti qəbul edib və Madyarı hökumətlərarası görüş keçirmək üçün Qüdsə səfər etməyə dəvət edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.