16-04-2026, 09:48 141

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan, rus, ingilis və fransız dillərində çap olunmuş "İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib.

AVESTA.AZ xəbər verir ki, təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik və ictimai xadim Zərifə Əliyevanın anım günü ilə əlaqədar xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova çıxış edərək, təqdim olunan kitabın maraqlı və əhəmiyyətli olduğunu vurğulayıb, onun məhz bu məkanda təqdim olunmasından məmnunluğunu ifadə edib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhərin yalnız turizm deyil, eyni zamanda, incəsənət, yaradıcılıq və intellektual mərkəz kimi mühüm əhəmiyyətə malik olduğunu deyib, bu cür tədbirlərin keçirilməsinin həmin funksiyanın təzahürü olduğunu bildirib.

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri, kitabın redaktoru Cəbi Bəhramov layihənin həm tarixi, həm də hüquqi baxımdan mühüm əhəmiyyət daşıdığını xatırladıb, İrəvanın qədim tarixə malik olduğunu və bölgədəki toponimlərin mənşəyinin çox qədim dövrlərə təsadüf etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva isə çıxışında belə kitabların hazırlanmasının və ictimaiyyətə təqdim olunmasının vacibliyini xüsusi qeyd edib.

Kitabın müəllifi Fəridə Səfiyeva irəvanlı olduğunu xüsusi vurğulayaraq, bu əsəri yazmağın onun üçün, sadəcə, elmi fəaliyyət deyil, həm də mənəvi məsuliyyət və borc olduğunu deyib. O qeyd edib ki, doğma yurdunun tarixi, mədəni irsi və yaddaşı ilə bağlı həqiqətlərin qorunub gələcək nəsillərə çatdırılması hər bir irəvanlının üzərinə düşən mühüm vəzifədir.

Tədbir bədii hissə ilə davam edib, iştirakçılara maraqlı və zəngin mədəni proqram təqdim olunub.

Qeyd edək ki, kitab İrəvan şəhərinin Azərbaycan xalqına məxsus qədim sivilizasiya və mədəniyyət mərkəzi olduğunu elmi əsaslarla sübut etməyə yönəlib. Əsərdə şəhərin çoxəsrlik tarixi, zəngin mədəni irsi və onun formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərin həyat və yaradıcılığı geniş şəkildə tədqiq olunur. XIX–XX əsrlərdə baş vermiş faciəvi hadisələr nəticəsində İrəvanın azərbaycanlı kimliyinin məqsədyönlü şəkildə silinməsinə cəhd göstərilməsinə baxmayaraq, onun həqiqi siması arxiv sənədlərində, fotoşəkillərdə və elmi mənbələrdə öz əksini tapıb. Bu tədqiqat əsəri həmin həqiqətlərin bərpasına, İrəvanın unudulmuş Azərbaycan milli-mədəni irsinin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət edən mühüm elmi mənbədir.

Paylaş

Xəbər lenti

Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib Bu gün, 16:48 Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib Bu gün, 16:48 Müctəba Xamenei: Ordumuz İran ərazisini qoruyur Bu gün, 16:48 Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib Bu gün, 16:48 "Real Madrid" Mbappe və Vinisiusu transferə çıxaracaq? Bu gün, 16:48 Elçin Əmirbəyov: Azərbaycanın regional siyasəti qarşılıqlı fayda prinsipinə əsaslanır Bu gün, 16:48 İbrahim Tatlısesin gəlini və nəvəsi pilləkandan yıxıldı Bu gün, 16:48 Sumqayıtda qanunsuz tikili sökülür Bu gün, 15:48 İran Azərbaycana təşəkkür edib Bu gün, 15:48 İş xanımı bunun üçün Özcan Denizə 5 milyon ödədi Bu gün, 15:48 48 gün sonra İrana ilk təyyarə yola düşdü Bu gün, 15:48 Antalya zirvəsi: İlham Əliyev qlobal siyasi masanın əsas söz sahibinə çevrilib - RƏY Bu gün, 15:48 Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi Bu gün, 15:48 Narkotik satan 5 nəfər TUTULDU Bu gün, 14:48 Bakı və İslamabad əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyiblər Bu gün, 14:48 Qusarda oğul ona araq satmadığına görə anasını döydü Bu gün, 14:48 General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI - SƏBƏBİ məlum oldu Bu gün, 14:48 Keçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? Bu gün, 14:48 Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib Bu gün, 14:48 Firuzə İbadovadan danışan Rəhman Rəhmanov: "69 yaşımda etiraf edim?" Bu gün, 14:48 Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH Bu gün, 14:48 ADSEA: Kür çayının sahilyanı riskli zonalarında nasos stansiyalarına fasilə verilib Bu gün, 14:48 Lənkəranda TORPAQ SÜRÜŞMƏSİ oldu Bu gün, 13:48 Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib Bu gün, 13:48 Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ Bu gün, 13:48 Azərbaycan-Yəmən münasibətlərinin gücləndirilməsi müzakirə olunub Bu gün, 13:48 Antalya Diplomatiya Forumu Azərbaycanın sülh təcrübəsinin təqdimatında mühüm platformadır - RƏY Bu gün, 13:48 Bakıda 3 yaşlı körpə dördüncü mərtəbədən yıxılaraq ölüb Bu gün, 13:48 Əhaliyə XƏBƏRDARLIQ - Bu günlərdə telefonla DANIŞMAYIN Bu gün, 12:48 Dünənki oyundan sonra nazirdən "Neftçi" ilə bağlı maraqlı PAYLAŞIM Bu gün, 12:48 General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI Bu gün, 12:48 Bakı Kənar Dairəvi yolunda avtomobil YANDI, sıxlıq yarandı Bu gün, 12:48 Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb Bu gün, 12:48 İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib Bu gün, 12:48 Sabah Bakıda 24 dərəcə İSTİ OLACAQ Bu gün, 12:48 Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir Bu gün, 12:48 "Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO Bu gün, 11:48 Tramp: Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər Bu gün, 11:48 XİN: Başlıbel faciəsi insanlıq əleyhinə cinayət olaraq unudulmamalıdır Bu gün, 11:48 İran hava məkanını qismən açdı Bu gün, 11:48 Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq Bu gün, 11:48 Avropa çempionatı: Südabə Ağayeva ikinci qələbəsini qazanıb Bu gün, 11:48 ADY Şimal-Cənub dəhlizində irimiqyaslı moderinləşdirilmə layihəsinə başlayır Bu gün, 11:48 Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın doğum günüdür Bu gün, 10:48 Ulduzlar xəbərdarlıq edir: Bu bürclər böyük səhv edə bilər Bu gün, 10:48 Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib Bu gün, 10:48 FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib Bu gün, 10:48 FAO və ADB-nin dəstəyi ilə Azərbaycanda I Beynəlxalq GreenEco forumu keçiriləcək Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR