5-03-2026, 18:48 95

Bakıda

Bu gün Azərbaycan Milli Xalça Muzeyində "Qərbi azərbaycanlıların milli geyim irsi" adlı albom-kitabın təqdimatı və eyniadlı sərginin açılış mərasimi baş tutub.

Tədbir 8 Mart - Beynəlxalq Qadınlar Günü və BMT tərəfindən qeyd olunan 6 Mart Milli Geyimlər Günü münasibətilə təşkil olunub.

Mərasim görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illik yubileyinə həsr edilib.

"Qərbi azərbaycanlıların milli geyim irsi" layihəsi Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə hazırlanıb. Tədbirin moderatoru Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı olub.

Təqdim olunan albom-kitabda Qərbi Azərbaycanın zəngin və qədim mədəniyyətinin mühüm tərkib hissəsi olan milli geyim irsinin nadir nümunələri toplanıb.

Burada təqdim edilən geyimlərin böyük hissəsi Mirzə Qədim İrəvaninin əsərləri, eləcə də tanınmış rəssamlar Qriqori Qaqarin və Maks Tilke tərəfindən İrəvan Xan Sarayı və Üçkilsə kafedralında çəkilmiş rəsmlər əsasında hazırlanıb. Azərbaycan və ingilis dillərində nəşr olunan albom-kitaba ilk dəfə şəxsi kolleksiyadan iki ədəd geyim nümunəsi, həmçinin müxtəlif tarixi və informativ mənbələr əsasında bərpa olunmuş iki dəst milli geyim daxil edilib.

Tədbirin açılışında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova belə layihələrin milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, milli geyimlər xalqın tarixini, estetik dünyagörüşünü və mədəni yaddaşını əks etdirən mühüm elementlərdən biridir.

Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında milli geyim ənənələrinin qorunmasının qadınların mədəni irsin yaşadılmasındakı rolunu da nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, bu cür təşəbbüslər milli kimliyin və tarixi yaddaşın təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Parlamentin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva isə çıxışında deyib ki, Qərbi Azərbaycanın mədəni irsinin tədqiqi və təqdimatı beynəlxalq səviyyədə də mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə həyata keçirilən layihələr tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət göstərir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Nağıqızı çıxışında bildirib ki, Qərbi Azərbaycanın maddi və mənəvi mədəni irsi Azərbaycan xalqının ümumi mədəni xəzinəsinin ayrılmaz hissəsidir. Onun sözlərinə görə, bu irsin araşdırılması və təbliği milli yaddaşın qorunmasına xidmət edir.

Milli geyimlər üzrə etnoqraf alim, dosent Gülzadə Abdulova layihə barədə ətraflı məlumat verərək bildirib ki, təqdim olunan geyim nümunələri müxtəlif tarixi mənbələr və rəssamların əsərləri əsasında araşdırılıb və bərpa edilib. O qeyd edib ki, məqsəd Qərbi azərbaycanlıların zəngin geyim mədəniyyətini elmi əsaslarla təqdim etmək və geniş ictimaiyyətə çatdırmaqdır.

Tədbirin davamında Qərbi azərbaycanlıların milli geyim nümunələrindən ibarət dəfilə nümayiş etdirilib.

Eyni zamanda mərasim çərçivəsində 40-a yaxın milli geyim nümunəsinin yer aldığı sərginin açılışı olub.

Ziyarətçilər burada Qərbi Azərbaycanın müxtəlif bölgələrinə məxsus geyim ənənələrini əks etdirən nümunələrlə tanış olmaq imkanı əldə ediblər. Sərginin martın 8-dək davam edəcəyi bildirilib.

Paylaş

Xəbər lenti

Narkotik satan 5 nəfər TUTULDU Bu gün, 14:48 Bakı və İslamabad əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyiblər Bu gün, 14:48 Qusarda oğul ona araq satmadığına görə anasını döydü Bu gün, 14:48 General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI - SƏBƏBİ məlum oldu Bu gün, 14:48 Keçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? Bu gün, 14:48 Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib Bu gün, 14:48 Firuzə İbadovadan danışan Rəhman Rəhmanov: "69 yaşımda etiraf edim?" Bu gün, 14:48 Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH Bu gün, 14:48 ADSEA: Kür çayının sahilyanı riskli zonalarında nasos stansiyalarına fasilə verilib Bu gün, 14:48 Lənkəranda TORPAQ SÜRÜŞMƏSİ oldu Bu gün, 13:48 Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib Bu gün, 13:48 Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ Bu gün, 13:48 Azərbaycan-Yəmən münasibətlərinin gücləndirilməsi müzakirə olunub Bu gün, 13:48 Antalya Diplomatiya Forumu Azərbaycanın sülh təcrübəsinin təqdimatında mühüm platformadır - RƏY Bu gün, 13:48 Bakıda 3 yaşlı körpə dördüncü mərtəbədən yıxılaraq ölüb Bu gün, 13:48 Əhaliyə XƏBƏRDARLIQ - Bu günlərdə telefonla DANIŞMAYIN Bu gün, 12:48 Dünənki oyundan sonra nazirdən "Neftçi" ilə bağlı maraqlı PAYLAŞIM Bu gün, 12:48 General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI Bu gün, 12:48 Bakı Kənar Dairəvi yolunda avtomobil YANDI, sıxlıq yarandı Bu gün, 12:48 Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb Bu gün, 12:48 İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib Bu gün, 12:48 Sabah Bakıda 24 dərəcə İSTİ OLACAQ Bu gün, 12:48 Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir Bu gün, 12:48 "Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO Bu gün, 11:48 Tramp: Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər Bu gün, 11:48 XİN: Başlıbel faciəsi insanlıq əleyhinə cinayət olaraq unudulmamalıdır Bu gün, 11:48 İran hava məkanını qismən açdı Bu gün, 11:48 Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq Bu gün, 11:48 Avropa çempionatı: Südabə Ağayeva ikinci qələbəsini qazanıb Bu gün, 11:48 ADY Şimal-Cənub dəhlizində irimiqyaslı moderinləşdirilmə layihəsinə başlayır Bu gün, 11:48 Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın doğum günüdür Bu gün, 10:48 Ulduzlar xəbərdarlıq edir: Bu bürclər böyük səhv edə bilər Bu gün, 10:48 Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib Bu gün, 10:48 FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib Bu gün, 10:48 FAO və ADB-nin dəstəyi ilə Azərbaycanda I Beynəlxalq GreenEco forumu keçiriləcək Bu gün, 10:48 Yola çıxanların NƏZƏRİNƏ Bu gün, 10:48 Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər Bu gün, 09:48 Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb Bu gün, 09:48 Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər Bu gün, 09:48 "Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 10 %-ə yaxın azalıb Bu gün, 09:48 Avropa çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır Bu gün, 09:48 Bu gün Tarixi Abidələrin Mühafizəsi Günüdür Bu gün, 09:48 Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək Bu gün, 09:48 Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı Bu gün, 00:48 SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib Bu gün, 00:48 Başlıbel qətliamından 33 il ötür Bu gün, 00:48 Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR