
Neftçala rayonu, Birinci Qaralı kəndində fəaliyyət göstərən, fiziki şəxs Əhəd Maqsud oğlu Əskərova məxsus marketdə tərəfindən plandankənar yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı marketdə bir sıra nöqsanlar müəyyən edilib, yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb. Həmçinin obliqat qrupuna aid işçinin tibbi müayinədən keçmədiyi məlum olub.
Fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, tibbi müayinədən keçməyən işçinin kənarlaşdırılması və istehlaka yararsız məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.