
Şəhərin mərkəzində, Dövlət Bayraq Meydanının yaxınlığında eskalator problemi yaşanır.
Bu barədə sakinlərdən biri BAKU.WS-in "qaynar xətti"nə məlumat yollayıb.
Bildirilib ki, Bulvara çıxışı olan yeraltı keçidin eskalatoru 1 ildən çoxdur ki işləmir:
"Mən əkiz övladlarımla və ağır uşaq arabası ilə keçiddən istifadə edə bilmirəm. Məcburam böyük magistral yolu keçim. Bu da mənim və övladlarımın həyatını ciddi təhlükəyə atmaq deməkdir", - deyə şikayətçi vurğulayıb.
Sözügedən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.