
Səudiyyə Ərəbistanı rəsmiləri Həcc mövsümündə xüsusi "həcc vizası" olmadan ölkəyə daxil olan şəxslərə qarşı ciddi tədbirlər tətbiq edəcəyini açıqlayıb. Qaydalara əməl etməyənlərin cərimələnəcəyi və ölkədən deport ediləcəyi bildirilib.
AVESTA.AZ xəbər verir ki, Dəyanət İşləri Nazirliyi məlumatına görə, 2026-cı il Həcc təşkilatı çərçivəsində Türkiyə və Səudiyyə Ərəbistanında hazırlıqlar əsasən tamamlanıb.
Bu il Türkiyədən təxminən 85 min zəvvarın müqəddəs torpaqlara yola düşəcəyi, ilk qrupların isə İstanbul və Ankaradan Mədinəyə uçacağı qeyd edilib.
Həcc və Ümrə Xidmətləri Baş direktoru Hüseyn Demirhan bildirib ki, zəvvarlara hazırlıq təlimləri keçirilib və təşkilati işlər yekun mərhələdədir. O, Həcc ibadətinin ciddi hazırlıq tələb etdiyini vurğulayıb.
Rəsmi açıqlamalarda "Məkkə Yolu" layihəsinin bu il də Türkiyədən gələn zəvvarlara böyük rahatlıq yaradacağı qeyd olunub. Layihə çərçivəsində pasport və digər prosedurların İstanbul və Ankarada əvvəlcədən həyata keçirildiyi bildirilib.
Rəsmilər bir daha xatırladıb ki, turist, iş və ya digər vizalar Həcc ibadəti üçün keçərli deyil. Həcc yalnız xüsusi viza ilə yerinə yetirilə bilər və qaydalara əməl etməyən şəxslər ciddi hüquqi sanksiyalarla üzləşə bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.