
Azərbaycanın daha dörd cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, yarışın üçüncü günündə Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq) və Südabə Ağayeva (70 kq) tatamiyə çıxacaqlar.
Avropa çempionatı
81 kq, 1/16 final
Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə
Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə
90 kq, 1/16 final
Murad Fətiyev – Aleks Kret (Rumıniya)
70 kq, 1/32 final
Südabə Ağayeva – Maya Goşen (İsrail)
Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdo ilə təmsil olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.