
ABŞ Prezidenti Donald Tramp aprelin 19-na keçən gecə sosial media hesabında qısa müddətdə ardıcıl paylaşımlar edib.
BAKU.WS-in Vesti.ru portalına istinadən verdiyi məlumata görə, Tramp cəmi bir saat ərzində 32 paylaşım yayımlayıb. Paylaşımlar yerli vaxtla saat 04:07-dən 04:59-dək olan müddətdə demək olar fasiləsiz şəkildə edilib.
Məlumata əsasən, paylaşımlar seriyasının ilkində Yaxın Şərqdəki gərginlik mövzusuna toxunulub. Tramp qeyd edib ki, İsrail mövcud böhran şəraitində ABŞ üçün etibarlı tərəfdaş olduğunu nümayiş etdirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.