
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov hərbi forma və yeni medal ilə çəkilmiş videoda görünüb.
AVESTA.AZ xəbər verir ki, görüntüləri Ramzan Kadırov özü "Telegram" kanalında paylaşıb.
Kadrlarda Adam Kadırov "Şimal" adlı xüsusi motoatıcı alayın 20 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edir. O, hərbi hissədə çıxış edərək şəxsi heyəti təbrik edib və bir sıra hərbçilərə medal təqdim edib.
Eyni zamanda Adam Kadırov da yubiley münasibətilə mükafatlandırılıb. Videoda xüsusi təyinatlı qüvvələrin nümayiş çıxışları da yer alıb.
Ramzan Kadırovun açıqlamasına görə, oğlu hərbçilərə xidmətlərinə görə təşəkkür edib və peşəkarlığı yüksək qiymətləndirib.
Qeyd edək ki, Adam Kadırovun bundan əvvəl də müxtəlif hərbi vəzifələrlə bağlı mükafat aldığı bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.