28-12-2022, 14:31 622

Qərbi Kaspi Universitetində Gənc Tərcüməçilərin I elmi konfransı keçirilib

Qərbi Kaspi Universitetində Gənc Tərcüməçilərin I elmi konfransı keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, tədbirdə "AVESTA.AZ" İnformasiya Agentliyinin Baş redaktoru Murad Əliyev, Agentliyin Tərcümə şöbəsinin redaktoru Vüsal İsayev, ali təhsil müəssisəsinin Filologiya və tərcümə fakültəsinin müəllimləri və tələbələri iştirak ediblər.

Tədbiri Qərbi Kaspi Universitetinin İngilis dili və tərcümə kafedrasının müdiri Tahirə Əliyeva açıb və konfransın əhəmiyyətindən danışıb.

Sonra "AVESTA.AZ" İnformasiya Agentliyinin Baş redaktoru Murad Əliyev çıxış edərək 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında tərcüməçilərin rolundan danışıb: "Tərcüməçilərin sayəsində Azərbaycan həqiqətləri, o cümlədən müharibə ilə bağlı doğru və dolğun məlumatlar bütün dünyaya çatdırıldı. Xarici dillərdə informasiya yaymağa önəm verən "AVESTA.AZ" İnformasiya Agentliyinin yarandığı gündən rus və ingilis dilində versiyaları fəaliyyət göstərir. Müharibə dövründə də tərcüməçilərimiz bütün sutkanı fasiləsiz işlədilər və Azərbaycanın həqiqətlərini xarici oxuculara çatdırdılar".

O, gələcəkdə tərcüməçi olmaq istəyən tələbələrə tövsiyələr də verib: "Hesab edirəm ki, gələcəkdə media təcrübənizin də olması böyük üstünlük olar. Bəzən ölkə əhəmiyyətli tədbirlərdə və hadisələrdə həmin şəxslərin təcrübəsinə ehtiyac duyulur".

Qərbi Kaspi Universitetinin müəllimi Günel Qasımova isə çıxışında tərcüməçilərin qarşılaşdığı problemlərdən danışıb: "Bəzən bir sözün düzgün çatdırılması üçün saatlarla araşdırma aparmaq lazım olur. Çox məsuliyyətli olmaq lazımdır. Bu səbəbdən tərcüməçi həm də araşdırmaçı olmalıdır".

Daha sonra Qərbi Kaspi Universitetinin Filologiya və Tərcümə Məktəbiinin müəllimi Səfurə İsayeva çıxış edərək bildirib ki, tərcümə sənəti məsuliyyətli peşə olduğu kimi peşəkar tərcüməçiləri yetişdirmək də çətin və məsuliyyətlidir: “Bu baxımdan müəllimlərin üzərinə böyük öhdəliklər düşür. Məlumdur ki, hədəf dili öyrənməklə yanaşı, onun mədəniyyətinə və milli mənəvi irsinə də bir o qədər bələd olmaq vacibdir. Dil və mədəniyyətin vəhdətdə aşılanması məqsədilə universitetdə tərcümə fənlərini tədris ədən müəllimlər tələbələrə yalnız dil bacarıqlarını aşılamaqla kifayətlənmirlər. Hədəf dil daşıyıcılarının mədəniyyətləri, milli adət-ənənələri ilə yaxından tanış olmaq da tədrisimizin çox mühüm hissəsidir. Tərcüməçilərin beynəlxalq və siyasi arenada fəaliyyəti danılmazdır. Xüsusən Vətən müharibəsi zamanı Qarabağla bağlı həqiqətləri dünyaya çatdırmaqda tərcüməçilərin rolu əvəzsiz olub. Bu baxımdan onları arxa cəbhə döyüşçüləri də adlandıra bilərik".

Tədbirin sonunda tələbələr müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR