
Türkiyənin "Haber Global" televiziya kanalı İstanbul Aydın Universitetində keçirilən 18-ci "Kommunikasiya Mükafatları" mərasimində iki nominasiya üzrə qalib olub.
BAKU.WS xəbər verir ki, tələbələrin səsverməsi nəticəsində kanal "İlin ən yaxşı xəbər kanalı" seçilib.
Eyni zamanda, kanalın kəşfiyyat xəbərləri şöbəsinin rəhbəri Mücahit Topçu "İlin ən yaxşı müharibə müxbiri" mükafatına layiq görülüb.
Məlumata görə, mükafatlandırma mərasimində media nümayəndələri və tələbələr iştirak edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.