Bu gün, 12:48 64

Azərbaycanda daha bir cərimənin miqdarı artırılacaq?

Son illər Azərbaycan Respublikasında istehlakçılar tərəfindən energetik içkilərin daha çox istifadə olunması müşahidə olunmaqdadır. Bu halın xüsusilə uşaqlar arasında geniş yayılması onların sağlamlıq hüququnun təmini baxımından ciddi narahatlıq yaradır.

AVESTA.AZ xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində ictimai yerlərdə, eləcə də təhsil müəssisələrinin ətrafında aparılmış monitorinqlər nəticəsində energetik içkilərdən yetkinlik yaşına çatmayan şəxslərin istifadəsinin sistemli xarakter aldığı, bu içkilərin satışı prosesində yaş məhdudiyyətinə nəzarətin kifayət qədər olmadığı, xüsusilə vendinq aparatları, avtomatlaşdırılmış satış terminalları və pərakəndə satış obyektlərində yaşa nəzarət mexanizmlərinin faktiki olaraq tətbiq olunmadığı müşahidə edilib.

"Bu məhsulların satılmasında qanunvericiliklə müəyyən edilmiş yaş məhdudiyyətlərinə baxmayaraq, uşaqlar tərəfindən faktiki olaraq asanlıqla əldə edilməsi, ictimai yerlərdə və təhsil müəssisələrinin ətrafında açıq şəkildə istifadə olunması uşaqların sağlamlığının qorunması hüququna öz mənfi təsirini göstərməkdədir.

Bu kimi halların davam etməsi uşaqların konstitusion hüquqlarının, xüsusilə sağlamlıq hüququnun təmin olunmasında, onların sağlam inkişafında maneələr yaratmaqdadır.

Aparılan monitorinqlər nəticəsində müəyyən olunmuş mövcud vəziyyət və beynəlxalq təcrübənin təhlili onu deməyə əsas verir ki, Azərbaycan Respublikasında energetik içkilərin uşaqlar tərəfindən istifadəsinin qarşısının alınması üçün qüvvədə olan qanunvericiliyin və bununla bağlı mövcud nəzarət mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var.

Qeyd edilənləri nəzərə alaraq, energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satılmasına görə nəzərdə tutulmuş inzibati cərimələrin məbləğinin artırılması, vendinq aparatlarında energetik içkilərinin satışına yaş identifikasiyası mexanizmlərinin tətbiqi və ya bu məhsulların həmin aparatlarda satışının məhdudlaşdırılması, həmin içkilərin reklamına dair məhdudiyyətlərin gücləndirilməsi və sağlamlıq risklərinə dair xəbərdarlıqların məcburi norma kimi təsbit edilməsi, bu sahədə məlumatlılığın artırılması və digər zəruri tədbirlərin görülməsi təklif edilir", - məlumatda deyilir.

Paylaş

Xəbər lenti

"SOCAR PETROLEUM" Xəzər dənizində "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verib Bu gün, 13:48 Azərbaycanda 100 yaşdan yuxarı 288 pensiyaçı var – ən yaşlı şəxs 136 yaşındadır Bu gün, 13:48 Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR Bu gün, 13:48 Bürcləri bu həftə nələr GÖZLƏYİR? Bu gün, 13:48 Bakı metrosuna giriş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA Bu gün, 13:48 "Apple"da rəhbərliyə Tim Kukun yerinə Con Ternus gətirilir Bu gün, 13:48 ABŞ-də Netenyahu zarafatı tələbənin 15 il müddətinədək HƏBSİNƏ səbəb oldu Bu gün, 13:48 Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ Bu gün, 13:48 AFFA İntizam Komitəsi "Neftçi"ni 26200 manat cərimələyib Bu gün, 13:48 Azərbaycanda cərimələrlə bağlı MÜHÜM YENİLİK Bu gün, 13:48 Beyləqanda antisanitar vəziyyətdə olan kafe bağlandı Bu gün, 13:48 Kənar dairəvi yolda avtomobil "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var Bu gün, 12:48 AFFA "Qarabağ" və "Sabah"ı azarkeşlərə görə 5000 manat cərimələyib Bu gün, 12:48 Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb Bu gün, 12:48 Azərbaycanda daha bir cərimənin miqdarı artırılacaq? Bu gün, 12:48 Ermənistana dizel yanacağı daşıyan qatar Biləcəridən yola düşüb Bu gün, 12:48 "Liverpul" Salahın yerinə 100 milyon avroluq transfer planlaşdırır Bu gün, 12:48 Bakıda hərəkətdə olan avtobusun təkəri qırılıb Bu gün, 12:48 Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb Bu gün, 12:48 Sabah 20° isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Bir ailənin dörd üzvü ZƏHƏRLƏNİB Bu gün, 11:48 İngiltərədə məktəblərdə telefon istifadəsi qadağan ediləcək Bu gün, 11:48 Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi Bu gün, 11:48 Rusiyada qar yayda belə əriməyəcək - SƏBƏB Bu gün, 11:48 Futbol üzrə dünya çempionatının favoritlərinin adı açıqlanıb Bu gün, 11:48 Röya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır Bu gün, 11:48 Bu gün Hacı Əliyevin 35 yaşı tamam olur Bu gün, 11:48 IDEA Gədəbəydə kütləvi ağacəkmə aksiyası təşkil edib Bu gün, 11:48 ¼ finalda rekord göstərici – Yarımfinala bu nəticə ilə çıxdı Bu gün, 11:48 Magistralda "protiv" gedirdi - Saxlanıldı Bu gün, 11:48 Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə əlavə reyslər təyin edilib Bu gün, 10:48 Ağcabədidə AĞIR QƏZA: ÖLƏN və yaralılar var Bu gün, 10:48 Kəmaləddin Heydərovun qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ - Vaxtı dəyişdi Bu gün, 10:48 Azərbaycanda dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA Bu gün, 10:48 "Azeri Light" neftinin qiyməti 110 dolları keçdi Bu gün, 10:48 Yaponiyada 8 baldan yuxarı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI Bu gün, 10:48 Yamal: Mən həmişə mənalı danışmağa çalışıram, buna baxmayaraq bəzən səhv edirəm Bu gün, 10:48 İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu Bu gün, 10:48 Nahar vaxtı evini təmir edənlər cərimələnəcək - Qonşu ölkədə Bu gün, 10:48 Bakıda 18 istiqamətdə tıxac müşahidə olunur Bu gün, 09:48 Böyük Qayıdış: Ağdam şəhərinə daha 92 ailə yola salınıb Bu gün, 09:48 Bakıda NƏHƏNG LAYİHƏ: Metro xəttinin altından avtomobil yolu keçəcək Bu gün, 09:48 Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq Bu gün, 09:48 Avropa çempionatında Azərbaycanın daha beş güləşçisi mübarizəyə qoşulacaq Bu gün, 09:48 Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək Bu gün, 09:48 Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ Bu gün, 09:48 Əraqçi: ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur Bu gün, 00:48 İrandan gələn təzadlı açıqlamalar: Taktika, yoxsa parçalanma? Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR