
İsrail tərəfi Azərbaycanla münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümid bəslədiyini bildirib.
BAKU.WS-in məlumatına görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsində paylaşım edilib.
Bildirilib ki, paylaşım İsrailin müstəqilliyinin 78-ci ildönümü münasibətilə hazırlanıb. Səfirlik mesajında iki ölkə arasında mövcud dostluq və əməkdaşlığın möhkəmlənəcəyinə inam ifadə olunub.
"İsrailin 78-ci ildönümünü qürurla qeyd edirik və Azərbaycanla münasibətlərimizin daha da güclənəcəyinə səmimi ümid bəsləyirik. Müstəqillik Günün mübarək, İsrail", – paylaşımda vurğulanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.