
Göygöl rayonunun Firuzabad qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikili sökülüb.
AVESTA.AZ xəbər verir ki, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında rayonda tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılıb.
Aparılan monitorinqlərin bundan sonra da mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.