
"Bu qızılımı, tarixi uğurumu qızıma həsr edirəm".
AVESTA.AZ Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə dördqat Avropa çempionu Həsrət Cəfərov (67 kq) deyib.
"Bu gün çox sevincliyəm. Ardıcıl 4-cü qızılımı qazanıram. Həqiqətən də bu qızılların arxasında böyük əziyyət, zəhmət dayanır. Bu qızılı qazandıqdan sonra onun həzzini indi hiss edirəm. Heç bir əziyyət yadıma düşmür. Yalnız yadda qalan bu qızıl olur. Bu qızılımı, tarixi uğurumu qızıma həsr edirəm",- deyə o vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.