
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,22 ABŞ dolları və ya 2 % artaraq 113,11 ABŞ dolları təşkil edib.
Bu barədə BAKU.WS-ə neft bazarındakı mənbə məlumat verib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Bu marka üzrə neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil edilir və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.