
İtaliyanın Florensiya şəhərində turistin hərəkəti nəticəsində 16-cı əsrə aid tarixi abidəyə ziyan dəyib.
BAKU.WS xəbər verir ki, məlumata görə, "subaylıq əyləncəsi" çərçivəsində keçirilən mərc zamanı 28 yaşlı qadın Piazza della Sinyoria meydanında yerləşən Neptun fəvvarəsinə dırmaşıb. Hadisə zamanı o, polis tərəfindən saxlanılıb.
1559-cu ildə heykəltəraş Bartolomeo Ammannati tərəfindən yaradılmış abidəyə dırmaşan turistin bu addımı nəticəsində müəyyən zədələr yaranıb. Yoxlama zamanı xüsusilə heykəlin at fiqurlarının ayaqlarında və bəzi dekorativ hissələrdə zədələnmə aşkar edilib.
"The Guardian" nəşrinin məlumatına əsasən, dəyən ziyanın məbləği təxminən 5 min avro qiymətləndirilir. Turist barəsində mədəni irsə zərər vurmaq maddəsi ilə hüquqi prosedura başlanılıb.
Florensiya rəsmiləri son dövrlərdə turistlər arasında abidələrə dırmaşmaq və sosial şəbəkələr üçün görüntülər çəkmək hallarının artdığını bildirirlər. Qeyd olunur ki, bu cür davranışlara qarşı nəzarət və cəza tədbirləri gücləndiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.