
Meksikada model və gözəllik müsabiqəsi iştirakçısı Karolina Flores Qomes silahlı hücum nəticəsində həyatını itirib.
BAKU.WS xəbər verir ki, 27 yaşlı qadın paytaxtdakı evində naməlum şəxs tərəfindən atəşə tutulub. Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər.
İstintaq çərçivəsində ən diqqətçəkən məqam şübhəlinin ailə üzvlərindən biri olması ehtimalıdır. Yerli mənbələrdə xüsusilə qayınananın adı hallandırılır. Hüquq-mühafizə orqanları fakt üzrə araşdırmaların davam etdiyini bildirir.
Qeyd edilir ki, mərhum mediada "Kainat gözəli" kimi təqdim olunsa da, o, əslində 2017-ci ildə "Miss Teen Universe Baja California" titulunu qazanıb və beynəlxalq "Miss Universe" qalibi olmayıb.
Hadisə Meksikada qadınlara qarşı zorakılıq mövzusunu yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə cinayətin tezliklə aydınlaşdırılması tələbi ilə çağırışlar səsləndirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.