Bu gün, 12:48 82

Azərbaycan səmasında parlaq izlər görünə bilər

Aprelin sonundan may ayının ortalarına qədər "Eta Aquarid" meteor yağışı müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından BAKU.WS-ə verilən məlumata görə, meteor yağışının maksimum aktivliyi 5-6 may tarixlərinə təsadüf edəcək.

Meteorlar təxminən 66 km/saat sürətlə Yer atmosferinə daxil olur və yüksək sürətləri səbəbindən səma boyunca uzun və parlaq izlər buraxır. Dolça (Aquarius) bürcü istiqamətindən gəlirmiş kimi göründüyünə görə bu meteor yağışı "Eta Aquarid" adlandırılır.

"Eta Aquarid" meteor yağışının mənbəyi Günəş sisteminin ən məşhur periodik kometalarından biri olan Halley kometası ilə bağlıdır. Halley kometası qədim dövrlərdən müşahidə olunsa da, onun periodik təbiəti ilk dəfə Edmond Halley tərəfindən müəyyən edilib. O, 1682-ci ildə müşahidə etdiyi kometasının 1531 və 1607-ci illərdə qeydə alınmış kometa ilə təxminən 76 illik dövrə malik eyni obyekt olduğunu hesablayıb. 1758-ci ildə kometanın yenidən görünməsi bu hesablamanı təsdiqləyib və kometa onun şərəfinə adlandırılıb. Günəşə yaxınlaşma zamanı kometanın səthindəki buz və toz maddələri sublimasiya edir və orbital trayektoriya boyunca geniş və uzun iz buraxır. Yer bu izlə ildə iki dəfə qarşılaşır və nəticədə may ayında "Eta Aquarid", oktyabr ayında isə "Orionid" meteor yağışları müşahidə olunur.

Bakı şəhərindən "Eta Aquarid" meteor yağışının müşahidəsi mümkündür, lakin bəzi məhdudiyyətlər mövcuddur. Şimal yarımkürəsində yerləşdiyinə görə meteorların radiant nöqtəsi üfüqdən çox yüksək qalxmır. Bunun üçün də müşahidə olunan meteorların sayı Cənub yarımkürəsi ilə müqayisədə daha az olur. Buna baxmayaraq, əlverişli hava şəraitində və şəhər işıq çirklənməsindən uzaq ərazilərdə səhərə yaxın saatlarda (saat 02:16-dan 05:01-ə qədər) müşahidə aparmaqla saatda 10-20 meteor görmək mümkündür. Xüsusilə Abşeron yarımadasından kənar, daha qaranlıq səma şəraitinə malik ərazilər müşahidə üçün əlverişli hesab olunur.

"Eta Aquarid" meteor yağışı yalnız estetik baxımdan deyil, həm də elmi tədqiqatlar üçün mühüm əhəmiyyətə malikdir. Meteorların spektral müşahidələri onların kimyəvi tərkibini müəyyən etməyə imkan verir, bu məlumatlar kometa materialının ilkin xüsusiyyətlərinin öyrənilməsi üçün istifadə olunur. Meteorların Yer atmosferinə daxil olması zamanı baş verən ionlaşma və enerji ötürülməsi prosesləri yüksək enerjili hissəciklərin atmosferlə qarşılıqlı təsir mexanizmlərini araşdırmağa imkan yaradır.

Paylaş

Xəbər lenti

Yelo Bank Aİ-nin 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib Bu gün, 13:48 Füzulidəki bərpa işləri ilə bağlı təqdimat olub Bu gün, 13:48 İsrail Livanın cənubuna zərbələr endirib – "Hizbullah" hədəf alınıb Bu gün, 13:48 Maduro əməliyyatında iştirak edən və qumardan 409.000 dollar qazanan ABŞ əsgəri həbs edilib Bu gün, 13:48 Alimlər gənclərdə qəfil ölümün SƏBƏBİNİ müəyyən ediblər Bu gün, 13:48 Meta işçi sayısının 10 faizini ixtisar edir: təxminən 8 min nəfər işdən çıxarılacaq Bu gün, 13:48 Tramp: "Mənim çox vaxtım var, İranın isə yoxdur" Bu gün, 13:48 Azərbaycanda I rübdə müavinət və təqaüd ödənişləri 561 milyon manata çatıb Bu gün, 13:48 1127 abonentin qazı daxildən dayandırılıb Bu gün, 12:48 300 bal toplayan Emiliya: "Heç bir hazırlığa getməmişəm" Bu gün, 12:48 Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib - SƏRƏNCAM Bu gün, 12:48 Bu şəxslərə 2 750 manatlıq birdəfəlik pul veriləcək - SƏRƏNCAM Bu gün, 12:48 Azərbaycan səmasında parlaq izlər görünə bilər Bu gün, 12:48 Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM Bu gün, 12:48 Sabah Bakıda 18° isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Ağcabədidə Kür çayında yarılan bənd bərpa edilib Bu gün, 12:48 Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub Bu gün, 12:48 Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib Bu gün, 12:48 "Euronews": Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır Bu gün, 11:48 Həftəsonu bu küçələrdə HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ Bu gün, 11:48 Əvvəlki illərin məzunları üçün Azərbaycan dili üzrə imtahan keçiriləcək Bu gün, 11:48 Ali Məhkəmə faizlə borc verən vətəndaşlara XƏBƏRDARLIQ edib Bu gün, 11:48 Martda 192 mindən çox şəxsə ailə başçısını itirməyə görə ödəniş verilib Bu gün, 11:48 Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşdü Bu gün, 11:48 VII sinif şagirdi məktəbdə özünə xəsarət yetirdi – SƏBƏB Bu gün, 11:48 49 kiloqramdan çox narkotik vasitə aşkarlandı, iki nəfər həbs olundu Bu gün, 11:48 Ailəsi tərəfindən atılan üç azyaşlı uşağın SON VƏZİYYƏTİ Bu gün, 11:48 Nərimanovda 100 min manatlıq qızıl oğurlanıb Bu gün, 11:48 Neftimiz 1 dollar ucuzlaşıb Bu gün, 10:48 İbrahim Tatlısəsin dodaquçuqladan sərvəti AÇIQLANDI Bu gün, 10:48 Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib - SİYAHI Bu gün, 10:48 İtaliya Dünya Kuboku təklifini rədd etdi: "Nə mümkün, nə də uyğun deyil" Bu gün, 10:48 Ombudsman Suriyadan gətirilən Azərbaycan vətəndaşları ilə görüşüb Bu gün, 10:48 "Kainat gözəli" təqdim olunan model qaynanası tərəfində ÖLDÜRÜLDÜ Bu gün, 10:48 Kəlbəcər və Laçına sulu qar yağıb - FAKTİKİ HAVA Bu gün, 10:48 Bu yollarda tıxac var Bu gün, 09:48 Ağdam şəhərinə daha 110 ailə köçürülüb Bu gün, 09:48 Qobustanda iki nəfər torpaq altında qalıb Bu gün, 09:48 Hövsanın bir qismində İŞIQ OLMAYACAQ Bu gün, 09:48 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək Bu gün, 09:48 Ağcabədidə evdə yanğın olub, 12 yaşlı yeniyetmə ölüb Bu gün, 09:48 Azərbaycanın 5 gəmisi Aİ-nin sanksiya siyahısından çıxarılıb Bu gün, 09:48 Gəncədə üç nəfər dərmandan zəhərlənib, biri ölüb Bu gün, 00:48 Müctəba Xameneinin son vəziyyəti AÇIQLANDI Dünən, 23:48 Tehran geri addım atmır: Danışıqlar donduruldu, ABŞ-yə şərt irəli sürüldü Dünən, 23:48 Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazanıb Dünən, 23:48 Paşinyan: Türkiyə bayrağının yandırılması təxribatçı davranışdır Dünən, 23:48 Bəqai İran hökuməti ilə bağlı Trampın dediklərini təkzib edib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR