Bu gün, 15:48 88

Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?

Nikahdan əvvəl tərəflərdən narkotest arayışının tələb edilməsi ilə bağlı səsləndirilən təklif birmənalı qarşılanmır. Təşəbbüs ilk baxışdan xilasedici görünsə də, mütəxəssislər qaydanın tətbiqi zamanı yaranacaq tibbi, hüquqi və mənəvi problemlər barədə xəbərdarlıq edirlər.

Hazırda ölkəmizdə nikaha daxil olmaq istəyən cütlüklərdən müəyyən xəstəliklər üzrə məcburi tibbi arayış tələb olunur. Milli Məclisin aprelin 10-da keçirilən iclasında bu tibbi tələblərin sırasına daha bir həssas məsələnin əlavə edilməsi təklifi irəli sürülüb.

Deputat Göydəniz Qəhrəmanov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı böyük təhlükəni əsas gətirərək, nikah zamanı tərəflərdən narkoloji arayışın da tələb olunmasını təklif edib. Narkomaniyanın ailə institutuna vurduğu zərbələr fonunda bu təklif ilk baxışdan zəruri görünsə də onun praktiki icrası cəmiyyətdə bir sıra ciddi suallar yaradır.

Bəs, hüquqi və tibbi reallıqlar çərçivəsində belə bir qaydanın tətbiqi nə dərəcədə mümkündür? Mövcud sistem və laborator analizlər real istifadəçiləri dəqiqliklə aşkar edə bilərmi?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?

"Narkotik qəbulunu müəyyən edən testlərin aparılması vacibdir"

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, bu gün boşanmalara səbəb olan əsas sosial faktorlardan biri məhz narkomaniyadır. Bu baxımdan, evlilik ərəfəsində narkotik vasitələrin qəbulunu müəyyən edən testlərin aparılması olduqca vacibdir:

Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?

"Bildiyimiz kimi, hazırda nikaha daxil olan cütlüklərdən tələb edilən tibbi arayışlar və laborator analizlər yalnız reproduktiv sağlamlıqla bağlı amilləri nəzərə alır. Evlənmədən öncə fərdlərin qısa müddət ərzində narkoloji yoxlamadan keçməsi elə də çətin proses deyil. Bu gün hər bir poliklinika və ya klinikada qan nümunələri götürərək narkotestlərin aparılması üçün kifayət qədər imkan var. Narkotik vasitələrin izləri qanda uzun müddət qalır və bunu analiz vasitəsilə aşkarlamaq asandır".

"Universal laboratoriyalara ehtiyac var"

Tibb elmləri doktoru, professor Adil Qeybulla da bildirdi ki, belə bir qaydanın tətbiq edilməsi ilə insanlar daha ehtiyatlı davranacaqlar. Bu, hər halda çəkindirici bir göstəricidir. Lakin əsas məsələ bunun Azərbaycan reallığında nə dərəcədə işlək olacağıdır:

"Əvvəla, mövcud laboratoriyaların heç də hamısı bütün narkotik maddələri dəqiqliklə aşkar edə bilmir. Bu gün dövriyyədə müxtəlif növ metamfetaminlər, həb formasında olan fərqli sintetik maddələr var. Təəssüf ki, onların hamısını vaxtında və dəqiq müəyyən etmək mümkün deyil. Digər tərəfdən asılılığın təsdiqlənməsi üçün təkcə laboratoriya analizləri kifayət etmir. Bu şəxslərin həm də əsaslı tibbi müayinədən keçirilməsi məqsədəuyğundur. Hazırda ənənəvi opiat (morfin və digər narkotik analgetiklər) asılılığı olanların sayı əvvəlki dövrlərlə müqayisədə azalsa da, müasir istifadəçilər daha çox heroin, kokain, metamfetamin, LSD və müxtəlif sintetik həblərə müraciət edirlər. Bunların hər biri güclü asılılıq yaradır. Belə vəziyyətdə, analizləri dəqiq və səhih yerinə yetirə bilən, həm güvənli, həm də məsuliyyəti tam müəyyənləşdirilmiş universal laboratoriyalara ehtiyac var. Lakin hazırda analizlərlə bütün maddələri tam aşkarlamaq mümkün olmur".

Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?

Professorun sözlərinə görə, məsələnin insan hüquqlarının pozulması aspekti də mövcuddur:

"Məhz bu səbəblərdən nikahdan əvvəl məcburi testləşdirmə təklifi kifayət qədər mücərrəd və riskli görünür. Məsələ hərtərəfli, xüsusilə də insan hüquqları kontekstində dərindən araşdırılmalıdır. Aşkarlanan nəticələrin necə rəsmiləşdiriləcəyi və qarşı tərəfə necə bildiriləcəyi də sual altındadır. Təsəvvür edin, kiminsə qanında hər hansı bir maddə aşkarlandı və bu, ailələrarası ciddi konfliktə, münasibətlərin tamamilə pozulmasına səbəb oldu. Bu, özlüyündə böyük bir sosial narahatlıq yaradır. Ona görə də, əgər belə bir təklif gündəmdədirsə, onun bütün mümkün fəsadları əvvəlcədən düşünülməli, hüquqi və tibbi tərəfləri tam həll olunmalıdır".

Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?

"Testlər insanın asılı olub-olmamasını dəqiq ifadə etmir"

Tibb elmləri doktoru, psixiatr-narkoloq Araz Əliquliyev isə düşünür ki, bu testlər insanın asılı olub-olmamasını dəqiq ifadə etmir. Test sadəcə şəxsin bioloji mühitində maddənin aşkar edildiyini göstərir:

"Digər tərəfdən, insanlar nikahdan əvvəl belə bir test verəcəklərini bildikdə istifadəni müvəqqəti dayandıra və ya maddənin bədəndən təmizlənməsi üçün tibbi tədbirlər görə bilərlər. Psixoaktiv maddələrin əksəriyyəti qanda deyil, sidikdə qalır və adi skrininq testləri ilə cəmi 3-5 gün ərzində aşkarlana bilir. Tibbi tədbirlər (detoks, qan yuma və s.) görülsə, maddənin izini gizlətmək mümkündür. Testdə maddənin çıxması da şəxsin asılı olmasının əsası deyil".

Narkoloqun fikrincə, "Narkoloji xidmət və nəzarət haqqında" qanuna əsasən, şəxs ambulator müalicədən imtina edirsə, dəqiq diaqnoz qoyulması üçün o, 10 günlük xəstəxana şəraitində yoxlanılmalıdır:

"Asılılığı isbat etmək üçün nikaha girən hər kəsi xəstəxanayamı yerləşdirəcəksiniz? Güclü təsir edən psixotrop maddələr və dərmanlar var ki, onlar xüsusi lisenziyası olan apteklərdə, elektron reseptlə satılır. Onların da sui-istifadəsi mümkündür. Dövriyyəsinə nəzarət edilən və həkim tərəfindən yazılan psixotrop dərmanlar da asılılıq yarada bilir və testdə müsbət nəticə göstərir. Bunları necə əsaslandıracaqsınız?"

Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?

"İnsanların hüquqlarının pozulması riski var"

A.Əliquliyevin sözlərinə görə, testlər yanlış nəticə də verə bilər. Bu baxımdan, insanların hüquqlarının pozulması riski var: "

Əgər mən testin müsbət nəticəsinə əsasən kiməsə narkoman olduğunu desəm, o şəxs mənəvi zərbəyə və mənliyinin alçaldılmasına görə məni məhkəməyə verə bilər. Dəqiq bioloji faktorları öyrənən analizlər isə bahalıdır - 200-300 manatdan yuxarıdır".

Paylaş

Xəbər lenti

Bu ölkə 28 fevraldan sonra ilk dəfə hava məkanını uçuşlara açır Bu gün, 16:48 İran komandosu ABŞ hava donanmasına atəş açdı - ANBAAN VİDEO Bu gün, 16:48 Azərbaycanın dörd boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib Bu gün, 16:48 "Sabah" Azərbaycan Basketbol Liqasının finalına yüksəlib Bu gün, 16:48 "Neftçi" və "Qarabağ"dan birgə bəyanat: Azərbaycan futbolu qələbə qazansın! Bu gün, 16:48 Albert Aqarunovun komandiri: O, əsl tankçı idi və peşəsini çox sevirdi Bu gün, 16:48 Əraqçı İranın şərtlərini Pakistan tərəfinə çatdırdı Bu gün, 16:48 Naxçıvanda Çernobıl əlillərinə avtomobil təqdim olunub Bu gün, 16:48 İtkin düşən 13 nəfər ötən gün tapılıb Bu gün, 16:48 Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb Bu gün, 15:48 Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır Bu gün, 15:48 Bu tarixlərdə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ Bu gün, 15:48 Ayxan Hacızadə: Məmdaninin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir Bu gün, 15:48 Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər? Bu gün, 15:48 Türkiyənin bu şəhərinə güclü qar yağdı Bu gün, 15:48 Bakı ilə Kiyev arasında humanitar yardım oxşar problemlərin mövcudluğuna işarədir - RƏY Bu gün, 15:48 Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 14:48 Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var Bu gün, 14:48 İlham Əliyev: "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir" Bu gün, 14:48 İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir" Bu gün, 14:48 Marko Yankoviç: Hakim mənə dəfələrlə "Rədd ol" dedi Bu gün, 14:48 Naxçıvanda sərxoş kişi avtomobilini yandırdı Bu gün, 14:48 Volodimir Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 14:48 Volodimir Zelenski: "Ukrayna Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsinə hazırdır" Bu gün, 14:48 Azərbaycan və Pakistan süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər Bu gün, 14:48 Ukrayna Prezidenti: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik Bu gün, 14:48 "Qarabağ Tallin" Estoniya çempionatında bürünc medal qazanıb Bu gün, 14:48 Bakıda Caz və Şərab Festivalı: "Nəvəm də, balalarım da buraya gələcəklər" Bu gün, 14:48 Azərbaycanlı məşhurlar Amerikada bir araya gəldilər Bu gün, 14:48 Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq Bu gün, 13:48 "Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi Bu gün, 13:48 Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib Bu gün, 13:48 AFFA U-20 dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır Bu gün, 13:48 Bakıda pariklə dələduzluq edən şəxs ƏLƏ KEÇDİ Bu gün, 13:48 İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub Bu gün, 13:48 Prezident: "Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var" Bu gün, 13:48 Tərtərdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda 64 yaşlı fəhlə faciəli şəkildə öldü Bu gün, 12:48 Novxanıda küçəyə axan çirkab su gölməçə yaratdı Bu gün, 12:48 Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA Bu gün, 12:48 Sərxan Hacıyev: "Əvəzedicilər Liqasının ləğvi gündəmdədir" Bu gün, 12:48 Ronaldonun keçmiş aşpazından maraqlı tövsiyə Bu gün, 11:48 Azərbaycan və Latviya prezidentlərinin görüşündən eksklüziv kadrlar Bu gün, 11:48 Yol hərəkəti qaydalarını heçə saydı, narkotik qəbul etdiyi məlum oldu Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib Bu gün, 11:48 Göyçayda market YANIB Bu gün, 11:48 Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir Bu gün, 11:48 "Üstümə cumdu, barmağımın bir hissəsini qopardı" - Ucarda çaqqal hücumunun yeni TƏFƏRRÜATI Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR