
"Sabah" Azərbaycan Basketbol Liqasının finalına vəsiqə qazanıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, Bakı klubu yarımfinalın ikinci görüşündə "Gəncə"ni səfərdə məğlub edib.
Gəncə İdman Sarayında keçirilən görüş qonaqların 78:73 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə Bakı klubu ilk oyunda da (96:67) qalib gəldiyi üçün finala adlayan tərəf olub.
Qeyd edək ki, yarımfinalın ikinci görüşləri çərivəsində növbəti qarşılaşma sabah "Neftçi" və "Abşeron Lions" komandaları arasında baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.