
Bu gün Türkiyə Superliqasında mövsümün ən həlledici qarşılaşmalarından biri baş tutacaq.
BAKU.WS xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" və "Fənərbağça" komandaları Rams Park stadionunda üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyuna hakim Yasin Kol rəhbərlik edəcək.
Hazırda 71 xalla lider olan "Qalatasaray" qalib gəlsə, çempionluğa böyük ölçüdə yaxınlaşacaq. 67 xalla ikinci pillədə qərarlaşan "Fənərbağça" isə qələbə qazanacağı halda xal fərqini minimuma endirərək yarışı son turlara qədər açıq saxlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.