Dünən, 22:48 60

Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır. Rəsmi statistika təkcə istehsalda deyil, ehtiyatlarda da ciddi azalmanı göstərir. Bu il martın 1-nə ölkədə 797,9 min dekalitr meyvə şirəsi və 18 min 247,8 ton meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu rəqəmlər illik müqayisədə müvafiq olaraq 11,6% və 9,3% azalma deməkdir. Müstəqillik illərində bu sektorda sıçrayışlı inkişaf var idi və bazarda bir neçə yerli şirkət təşəbbüsü tamamilə ələ almışdı. Lakin son vaxtlar vəziyyət kəskin dəyişib. Bazara xarici markaların axını başlayıb və yerli istehsal səssizcə mövqelərini itirməkdədir.

O zaman sual yaranır: yerli markalar xarici rəqiblərinə uduzurlar? Yerli şirkətlərin qorunması üçün hansı addımların atılmasına ehtiyac var?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər

"Reklam və marketinq zəifliyi"

İqtisadçı Rauf Qarayevin sözlərinə görə, Azərbaycan bazarında digər ölkələrdən gələn meyvə şirələrinin nisbətən ucuz olmasının və yerli məhsulların rəqabətdə uduzmasının müəyyən səbəbləri var: "Əsas səbəblərdən biri inamla bağlıdır. Məsələn, yanvar ayında bəzi yerli karton qablaşdırmalı şirələrdə mənşəyi məlum olmayan maddələr aşkar olunmuşdu. Nəticədə, istehlakçılar ümumilikdə Azərbaycanda istehsal olunan şirələri almaqdan ehtiyat edirlər. Daxili bazara təsir edən digər ciddi amil isə istehsal keyfiyyətidir. Yerli şirələrin dadı çox vaxt qutunun üzərində qeyd olunan meyvənin dadına belə uyğun gəlmir, sadəcə müəyyən əlavələrdən ibarət olur. Bu cür hallar istər məhsulun anbarda düzgün saxlanılmaması, istərsə də istehsal xətası səbəbindən olsun, ciddi antireklama səbəb olurdu. Nəticədə, ad qazanmış zavodların belə reputasiyası zədələnir və istehlakçılar həmin markaları boykot edirdilər. Əvvəllər yerli konserv zavodları reklama daha çox vəsait ayırırdısa, hazırda bu büdcələr də nisbətən azalıb. Yerli məhsulların xarici meyvə şirələrinə uduzmasının bir səbəbi də məhz reklam və marketinq zəifliyidir".

Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər

Keyfiyyətli şirələr xaricə satılır?

R.Qarayevin fikrincə, Azərbaycanda istehsal olunan yüksək keyfiyyətli meyvə şirələri əsasən xarici ölkələrə ixrac olunur. Daxili bazarın tələbatını ödəmək üçün qalan məhsullar isə keyfiyyət baxımından xaricdən gələn şirələrə uduzur: "Bildiyiniz kimi, hər bir ölkənin öz standartları var. Xarici şirkətlər ixrac üçün nəzərdə tutduqları məhsullarda keyfiyyətə və qablaşdırmaya xüsusi önəm verirlər. Marketlərdəki xarici meyvə şirələrinə diqqət yetirsək, onların həm dizayn, həm də dad baxımından istehlakçıya daha cəlbedici və fərqli gəldiyini görərik. Bizdə isə xarici bazara göndərilənlər istisna olmaqla, ənənəvi olaraq eyni formada və standart dadda şirələr istehsal olunur. Əgər yerli məhsul keyfiyyətli deyilsə, rəflərdə qalacaq. Hətta yerli məhsullara davamlı endirimlər edilsə belə, keyfiyyət amilinə görə onların alıcı kütləsi kifayət qədər olmur. Marketinq psixologiyası və sahibkarların yanaşması mütləq dəyişməlidir".

"Daxili təhlil aparmalıdırlar"

İqtisadçı bildirdi ki, yerli istehsalçıların rəqabət qabiliyyətini artırmaq ilk növbədə onların özlərindən asılıdır: "Onlar bazarı dərindən təhlil edərək keyfiyyətli məhsul ortaya qoymalıdırlar. Əgər istehsal prosesində onlara mane olan qanunvericilik və ya xərc məsələləri varsa, bunu dövlət qurumları qarşısında qaldıraraq vergi, kommunal güzəştlər tələb edə bilərlər. İstehsalçılar əvvəlcə yüksək keyfiyyətli məhsul yaradaraq özlərini sübut etməli, daha sonra hökumətdən güzəştlər tələb etməlidirlər. Bu sektorun yenidən yüksəlməsi üçün istehsalçılar mütləq daxili təhlil aparmalı, öz zəif tərəflərini müəyyənləşdirməli və buraxdıqları səhvləri aradan qaldırmalıdırlar".

Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər

"Premium şirələr yoxdur"

Marketoloq Qələndər Məmmədli isə düşünür ki, artıq yerli şirkətlər kommunikasiya və tanıtım kampaniyalarına əvvəlki qədər büdcə ayırmırlar: "Bunun əvəzinə, əsas diqqət distribusiya fəaliyyətinə, məhsulun rəflərdə yer almasına yönəldilib. Başqa sözlə, məhsulun fiziki mövcudluğu ön plandadır, lakin istehlakçı ilə kommunikasiya arxa plana keçib. Yerli brendləri dəyərləndirərkən görürük ki, onlar əsasən kütləvi mediadan istifadə edərək geniş auditoriyaya xitab etməyə üstünlük verirlər. Təəssüf ki, dar çərçivəyə və ya premium seqmentə yönəlmiş yerli meyvə şirələri bazarda demək olar ki, yoxdur. Əvvəllər mövcud olan bəzi markalar isə artıq fəaliyyətini dayandırıb".

Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər

Sağlam həyat trendi

Q.Məmmədlinin fikrincə, bütün bunların fonunda istehlakçıların zehnində belə bir stereotip formalaşıb ki, yerli məhsul ucuz və keyfiyyətsizdir, xarici məhsul isə bahalı və keyfiyyətlidir: "Halbuki, xarici məhsulun qiymətinin yüksək olması əksər hallarda onun daşıma və gömrük xərcləri ilə bağlıdır. Hətta yerli məhsul eyni keyfiyyətdə olsa və bazara daha münasib qiymətə daxil olsa belə, alıcı psixologiyası bahalı xarici məhsulu daha etibarlı hesab edir. Son dövrlərdə vüsət alan sağlam həyat trendi də bu sektora ciddi təsir edib. İnsanlar artıq meyvə şirələrindən imtina edərək daha çox adi su içməyə üstünlük verirlər. Bu dəyişiklik brendlərin bazar payına mənfi təsir göstərsə də, ən böyük problem yerli şirkətlərin yeni trendə uyğun alternativ məhsullar təklif edə bilməməsidir. Kütləvi istehsal ənənəsinə davam etmək şirkətləri çətin vəziyyətlə üz-üzə qoyur".

"Markalar rəqabətədavamlı olmalıdır"

Marketoloqun sözlərinə görə, hökumətin requlyativ addımları nəticəsində xarici brendlərin qiymətləri müəyyən çərçivədə tənzimlənir. Lakin yalnız daxili bazarı qorumağa yönəlmiş proteksionist siyasət çıxış yolu deyil: "Yerli markaları xarici rəqabətdən süni şəkildə qorumaq qısamüddətli perspektivdə müsbət effekt verə bilər, amma orta və uzunmüddətli dövrdə uğurlu nəticə vəd etmir. Bunun əvəzinə, dövlət yerli brendlərin ixrac potensialını dəstəkləməlidir. Əsas hədəf yerli istehsalı sadəcə qorumaq yox, onu qlobal miqyasda rəqabətədavamlı etmək olmalıdır".

Paylaş

Xəbər lenti

Dani Bolta ağır itki Dünən, 23:48 Haitidə Belçikaya məxsus hərbi təyyarəyə atəş açılıb Dünən, 23:48 Livana zərbələr davam edəcək, hərbi təzyiq artırılacaq - Netenyahu Dünən, 23:48 Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib Dünən, 22:48 Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər Dünən, 22:48 ABŞ İranın nüvə materiallarının ölkədən çıxarılmasını müzakirə edir - Tramp Dünən, 22:48 Ən çox qəlb qıran bürclər – kimlər emosiyalara daha sərt yanaşır? Dünən, 22:48 7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi Dünən, 21:48 Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşib Dünən, 21:48 İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır Dünən, 20:48 Çexiyanın Baş naziri Azərbaycana gəlib Dünən, 20:48 Fransa ABŞ–İran danışıqları fonunda diplomatik həllə dəstək verdi Dünən, 20:48 Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda qızıl medal qazanıb Dünən, 20:48 Süd BAHALAŞACAQ Dünən, 20:48 Premyer Liqa: "Şamaxı" "Kəpəz"i məğlub edib Dünən, 19:48 Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi: Xəsarət alanlar var Dünən, 19:48 Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI Dünən, 19:48 "Haber Global" İlham Əliyevin sülh mükafatı ilə təltif olunmasına dair süjet hazırladı Dünən, 19:48 Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yaralılar var Dünən, 18:48 "Qabaqkı kimi isti münasibət yoxdur, heç yerlilər də qalmayıblar" - Bakının ən qədim qəsəbələrinin birindən REPORTAJ Dünən, 18:48 Azərbaycanda Əməkdar artist vəfat edib Dünən, 18:48 "Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir? Dünən, 18:48 Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq Dünən, 17:48 Tbilisidə azərbaycanlı turistin qətli ilə bağlı yeni detallar üzə çıxıb Dünən, 17:48 Çexiyanın Baş naziri Azərbaycana gəlir Dünən, 17:48 Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb Dünən, 16:48 Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir Dünən, 16:48 Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır Dünən, 16:48 Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb Dünən, 16:48 Bu gün IX sinif şagirdləri imtahan veriblər Dünən, 16:48 Abşeronun "qırmızı qızıl"ı - Süfrələrimizə dad qatan məhsulun istehsalı üçün fermerlərə nə qədər subsidiya verilir? Dünən, 16:48 ABŞ xarici 5G routerlərinə məhdudiyyət qoydu Dünən, 15:48 Ukraynada şəhərlərdən biri susuz qalıb Dünən, 15:48 "Eşref Rüya" serialına yeni sima qatılır Dünən, 15:48 Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib Dünən, 14:48 Ayan Babakişiyeva: "Elə düşünməyin ki, bununla bədənimə zərər verirəm" Dünən, 14:48 İsrail qırıcıları Livanı yenidən bombalayıb Dünən, 14:48 Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçib Dünən, 13:48 "Jek" işçisini avtobusla vuraraq öldürdü Dünən, 13:48 İstanbul derbisi çempionluğu müəyyən edə bilər Dünən, 13:48 Azərbaycan XİN Tanzaniyanı Respublika günü münasibətilə təbrik edib Dünən, 13:48 İran Prezidenti: "Təzyiq altında danışıqlar olmayacaq" Dünən, 12:48 Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ Dünən, 12:48 Bakıda ağır qəza - "Sprinter" və "Shacman" toqquşdu Dünən, 12:48 Bakıda güclü külək, regionlarda yağış olacaq Dünən, 12:48 Salyanda ağır qəza: Bir nəfər həyatını itirib Dünən, 11:48 Prezident İlham Əliyev: "Vaşinqtonda baş verən atışma məni dərindən sarsıdıb" Dünən, 11:48 Türkiyədə səhər saatlarında iki ardıcıl zəlzələ olub Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR