Bu gün, 12:48 49

Bakıda məşhur gimnaziyada nə baş verir? - Rüşvət, bullinq iddialarına CAVAB GƏLDİ

Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyası ilə bağlı valideynlərin çoxsaylı şikayətləri ictimai narahatlıq yaradıb.

İddialara görə, təhsil ocağında bullinq, psixoloji təzyiq, ayrı-seçkilik və hətta korrupsiya halları müşahidə olunur.

AVESTA.AZ-in məlumatına görə, valideynlər Musavat.com-a bildiriblər ki, bəzi müəllim və rəhbər şəxslər tərəfindən şagirdlərə qarşı qeyri-pedaqoji davranışlar sərgilənir, uşaqlar arasında ayrı-seçkilik edilir və bu da onların psixoloji vəziyyətinə mənfi təsir göstərir.

Eyni zamanda, bəzi şagirdlərin əsassız ittihamlarla hədəf seçildiyi, valideynlər arasında isə qarşıdurma və təzyiq mühitinin formalaşdığı iddia olunur. Ayrı-ayrı valideynlər məktəb rəhbərliyinə edilən müraciətlərin nəticəsiz qaldığını, əksinə problemlərin daha da dərinləşdiyini deyirlər. Səsləndirilən ittihamlar arasında qeyri-rəsmi pul yığımı və müxtəlif inzibati qərarların şəffaf olmaması da yer alır.

Mövzu ilə bağlı Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyası ilə əlaqə saxladıq və baş verənlərə münasibət öyrəndik. Gimnaziyanın tədris işləri üzrə direktor müavini Zeynəb Cəfərova ilə AVESTA.AZ-ə açıqlamasında səsləndirilən ittihamlara münasibət bildirərək yayılan məlumatların qərəzli və əsassız olduğunu qeyd edib.

Onun sözlərinə görə, gimnaziyada rüşvət və ya bullinq hallarının olması ilə bağlı iddialar reallığı əks etdirmir və bu cür iddialar təhsil ocağının nüfuzuna xələl gətirmək məqsədi daşıyır:

"Tam əsassız iddialar səsləndirilib. Əvvəla, "gimnaziyada rüşvət" və ya "gimnaziyada bullinq" kimi başlıqlar son dərəcə qərəzli və biabırçı yanaşmadır. Bu, reallığı əks etdirmir.

Gimnaziyanı cəmiyyət yaxşı tanıyır. Məzunlarımız, hazırda burada təhsil alan şagirdlər, valideynlər və müəllimlər bu təhsil ocağının fəaliyyətindən xəbərdardır. Burada rüşvətdən söhbət belə gedə bilməz. Əksinə, bu müəssisə tədris keyfiyyətinə görə öndə olan məktəblərdən biridir.

"Bullinq" iddiasına gəldikdə isə, bu anlayışın kimə qarşı və hansı əsasla səsləndirildiyi də aydın deyil. Konkret olaraq bir valideynin iddiaları əsasında belə ümumi və ağır ittihamların irəli sürülməsi doğru deyil".

Bakıda məşhur gimnaziyada nə baş verir? - Rüşvət, bullinq iddialarına CAVAB GƏLDİ

Cəfərova vurğulayıb ki, şikayətlərin əsas mənbəyi kimi təqdim olunan valideynin özü daha əvvəl müxtəlif tələblərlə çıxış edib, hətta müəyyən hallarda qeyri-rəsmi yollarla təsir göstərməyə çalışıb:

"Söhbət konkret bir valideyndən gedir. Həmin şəxs bir neçə dəfə mənə yaxınlaşaraq müxtəlif xahişlər edib. Hətta bir dəfə açıq şəkildə rüşvət təklif edib. Mən isə qəti şəkildə imtina etmişəm. Digər bir halda isə bayram ərəfəsində böyük hədiyyələr gətirilib, onları da geri qaytarmışam. Bu addımlarımın səbəbi prinsipial mövqeyimdir – burada heç bir qeyri-qanuni münasibətə yol verilmir.

Həmin valideynin əsas istəyi övladına xüsusi güzəştlər edilməsidir. O, açıq şəkildə bildirirdi ki, uşağın davranışlarına göz yumulmalı, ona xüsusi şərait yaradılmalıdır. Lakin bu mümkün deyil. Çünki gimnaziyada bütün şagirdlər üçün eyni qaydalar tətbiq olunur.

Əgər hər hansı şagird tərəfindən qayda pozuntusu baş verirsə, dərhal tədbir görülür. Heç kimə fərdi imtiyaz verilmir. Təhsil prosesi müəyyən nizam-intizam çərçivəsində həyata keçirilir".

Bakıda məşhur gimnaziyada nə baş verir? - Rüşvət, bullinq iddialarına CAVAB GƏLDİ

O, həmçinin bəzi iddiaların şişirdildiyini və məktəbdəki real vəziyyəti əks etdirmədiyini deyib:

"Təəssüf ki, qeyd olunan şagirdlə bağlı ciddi problemlər olub. Dərslərə davamiyyət zəif olub, dərs zamanı qaydalara riayət edilməyib, müəllimlərin xəbərdarlıqlarına məhəl qoyulmayıb. Bu vəziyyət ibtidai siniflərdən başlayaraq formalaşıb və sonrakı mərhələdə daha ciddi çətinliklər yaradıb.

Bütün bunlara baxmayaraq, biz hər zaman qaydalara sadiq qalmağa çalışmışıq. Lakin həmin valideyn tərəfindən davamlı təzyiq, əsassız şikayətlər və hətta müəllimlərin hüquq-mühafizə orqanlarına verilməsi kimi hallar baş verib. Bu isə artıq normal çərçivəni aşan davranışdır.

Mediada yayılan material da məhz bu şəxsi narazılıq zəminində hazırlanmış, birtərəfli və qərəzli yazıdır. Təəssüf doğuran məqam odur ki, qarşı tərəfin mövqeyi öyrənilmədən belə ittihamlar dərc olunub".

Zeynəb Cəfərova əlavə edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub və yayılan məlumatların hüquqi qiymət alması üçün addımlar atılır:

"Qeyd etmək istəyirəm ki, mən 27 ildir pedaqoji fəaliyyətlə məşğulam. Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə ilə bitirmişəm və hazırda filologiya üzrə fəlsəfə doktoruyam. Uzun illərdir bu sahədə çalışıram və həm müəllim, həm də rəhbər kimi fəaliyyətim hər kəsə məlumdur.

Bu səbəbdən mənə qarşı səsləndirilən iddialar tamamilə əsassızdır və qəbulolunmazdır.

Biz artıq məsələ ilə bağlı müvafiq qurumlara müraciət etmişik. Məqsədimiz həqiqətin ortaya çıxarılması və həm mənim, həm də təhsil müəssisəsinin nüfuzunun qorunmasıdır".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Çexiyanın Baş naziri: Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir Bu gün, 14:48 Aygün Kazımova ilə Murad Arif Bakıda möhtəşəm festivalda çıxış edəcəklər Bu gün, 14:48 SOCAR "Ukrnafta" ilə əməkdaşlığın inkişafını müzakirə edib Bu gün, 14:48 " Nebulium"un sirri açıldı: yeni element olmadığı məlum olub Bu gün, 14:48 Vüsalə Əlizadə bu məşhurlarla qohum oldu Bu gün, 14:48 Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib Bu gün, 14:48 Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə yoluxma var? - Rəsmi Bu gün, 14:48 Ağdərədə "Prezident Kuboku 2026" beynəlxalq reqatası start götürüb Bu gün, 14:48 Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var Bu gün, 14:48 "AnewZ" "Somali - suverenlik uğrunda mübarizə" adlı filmi təqdim edib Bu gün, 13:48 Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək Bu gün, 13:48 Şakiranın konsertində FACİƏ: İşçi həyatını itirdi Bu gün, 13:48 Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir Bu gün, 13:48 Milli Məclis İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na görə təbrik edib Bu gün, 13:48 Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib Bu gün, 13:48 Mikayıl Cabbarov: "Azərbaycanın güləş komandası tarixində növbəti parlaq səhifə yazdı" Bu gün, 13:48 Meladzenin fəaliyyəti yoxlanıla bilər – Rusiyada çağırış edilib Bu gün, 13:48 Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub Bu gün, 12:48 MSK yenidən formalaşdırılır Bu gün, 12:48 İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib Bu gün, 12:48 Məleykə Abbaszadə: İmtahanda dinləmə aparatı ilə bağlı problemin olması normaldır Bu gün, 12:48 Şabranda güclü yağış fəsadlara səbəb olub Bu gün, 12:48 Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib Bu gün, 12:48 "Eşref Rüya"nın hər bölümündən 1.5 milyon qazanan aktrisanın LÜKS BAĞ EVİ Bu gün, 12:48 Ağcabədidə 2 nəfər qətlə yetirilib, şübhəli saxlanılıb Bu gün, 12:48 Bakıda məşhur gimnaziyada nə baş verir? - Rüşvət, bullinq iddialarına CAVAB GƏLDİ Bu gün, 12:48 Bu şəxslərə 400 manatlıq güzəşt EDİLƏCƏK Bu gün, 12:48 Bakıda yolu keçən qadını avtomobil vurdu - DƏHŞƏTLİ QƏZANIN ANBAAN VİDEOSU Bu gün, 11:48 Azərbaycanda bu şəxslər hər ay "uşaq pulu" ala bilər Bu gün, 11:48 2025-ci ildə ən çox hərbi xərc çəkən ölkələrin adları açıqlanıb Bu gün, 11:48 İsraildə yeni siyasi ittifaq: Netanyahu hökumətdən kənarda qala bilər Bu gün, 11:48 Həftənin ilk günü qızıl bahalaşdı Bu gün, 11:48 Real hadisələrə əsaslanan və gündəm olan "Mikrorayon" serialı barədə bilinməyənlər... Bu gün, 11:48 İlham Əliyev Cənubi Afrika Respublikasının prezidentini təbrik edib Bu gün, 11:48 İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ Bu gün, 11:48 WUF13 üçün 800-dən çox media nümayəndəsi qeydiyyatdan keçib Bu gün, 11:48 Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub Bu gün, 11:48 Hansı qan qrupu sağlamlıq baxımından daha üstün sayılır? – Araşdırma Bu gün, 11:48 Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub Bu gün, 10:48 Yaxın 1 həftədə maqnit qasırğası gözlənilir? Bu gün, 10:48 Bakıda məktəbli oğlanı maşın vurub öldürdü Bu gün, 10:48 İran ABŞ-yə Hörmüz boğazının yenidən açılması ilə bağlı təklif irəli sürdü Bu gün, 10:48 Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib Bu gün, 10:48 Milli Qəhrəmanın gəlini onun adını daşıyan nəvəsinin fotosunu paylaşdı Bu gün, 10:48 Ata və oğul eyni turnirdə çempion oldu Bu gün, 10:48 Malidə müdafiə naziri sui-qəsd nəticəsində öldü: ölkədə matəm elan olundu Bu gün, 10:48 Həftə ərzində gündəm olan məsələlər "Xülasə"də Bu gün, 09:48 Rusiya və Avropa nüvə silahlarını işə salır? Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR