17-01-2026, 15:48 209

Müəllim şagirdi saçını qısaltmağa məcbur edə bilər?

Son vaxtlar məktəblərdə şagirdlərin saç və saqqal məsələsi ətrafında müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə yuxarı siniflərdə oxuyan oğlan şagirdlərin saç və saqqallarını kəsməyə məcbur edilməsi ilə bağlı müəllimlər tərəfindən təzyiqə məruz qaldığı iddia olunur.

Valideynlərdən birinin sözlərinə görə, 10-cu sinifdə təhsil alan oğlu müəllim tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalıb. İddiaya əsasən, müəllim şagirdin saçını dartaraq onu alçaldıb.

Maraqlıdır, bəs görəsən, müəllim məktəbliləri saçlarını kəsdirməyə məcbur edə bilər?

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın suallarına cavab olaraq təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, ümumtəhsil məktəblərində müəllimlərin, məktəb rəhbərliyinin, şagirdlərin və valideynlərin hüquq və vəzifələri mövcuddur.

Müəllim şagirdi saçını qısaltmağa məcbur edə bilər?

Onun sözlərinə görə, bu kontekstdə xüsusilə şagirdlərin hüquqlarına diqqət yetirmək vacibdir:

"Müəllimin şagirdin saçından tutması, ona fiziki və ya psixoloji təzyiq göstərməsi qətiyyən yolverilməzdir və bu, etik davranış qaydalarına tamamilə ziddir. Müəllim yalnız şagirdə şifahi irad bildirə, bu barədə valideyni məlumatlandıra bilər. Əgər bu da nəticə verməzsə, məsələ ilə bağlı məktəb rəhbərliyinə şifahi və ya yazılı müraciət edə bilər. Lakin hər hansı şagirdin saçından tutularaq fiziki və ya psixoloji təsirə məruz qoyulması qətiyyən qəbul edilmir".

Ekspert qeyd edib ki, şagirdlərin etik davranış qaydalarına uyğun geyim forması və zahiri görünüş tələbləri mövcuddur:

"Saçın normadan artıq uzun olması da bu qaydalara zidd hesab olunur. Burada konkret ölçü məlum olmadığı üçün dəqiq qiymət vermək çətindir, lakin məktəblinin digər şagirdlərdən kəskin şəkildə fərqlənməsi və mənfi nümunə yaratması yolverilməzdir. Belə hallar məktəb mühitində intizam problemlərinə səbəb ola bilər. Əgər müəllim öz vəzifə və səlahiyyətlərini düzgün bilirsə, ilk növbədə şagirdə şifahi xəbərdarlıq edir, nəticə olmadıqda valideyni məlumatlandırır. Bundan sonra da problem həllini tapmazsa, məsələ məktəb rəhbərliyinə çıxarılır və zərurət yaranarsa, Pedaqoji Şura və ya Nizam-İntizam Komitəsi tərəfindən müvafiq tədbirlər görülür. Məktəb rəhbərliyi də istəməz ki, hər hansı şagird digərləri üçün mənfi örnəyə çevrilsin.

Əgər valideynin iddia etdiyi kimi, şagirdin saçından tutulub ona fiziki və ya psixoloji təzyiq göstərilibsə, bu hal müəllimin etik davranış qaydalarına tam ziddir və araşdırılmalıdır. Lakin müəllim sadəcə saçın uzunluğunu müəyyən etmək məqsədilə toxunubsa və ya onun qısaldılmasının vacibliyini bildiribdirsə, bu zaman məsələ fərqli qiymətləndirilməlidir".

Müəllim şagirdi saçını qısaltmağa məcbur edə bilər?

Ramin Nurəliyev əlavə edib ki, hazırda müşahidə olunan əsas problemlərdən biri də valideynlərin övladlarına söz keçirə bilməməsi və müəllimi müdafiə etmək əvəzinə şagirdi haqsız şəkildə müdafiə etməsidir:

"Bu yanaşma düzgün deyil. Valideyn məktəb qaydalarına əməl olunması məsələsində müəllimin yanında olmalıdır. Əks halda, bu cür münasibət uşağın gələcək davranışlarında daha ciddi problemlərə yol aça bilər. Valideyn ilk növbədə övladına izah etməlidir ki, məktəbdə müəyyən qaydalar var və bu qaydalara hamı əməl etməlidir. Əgər saçın uzunluğu normadan artıqdırsa, bu mütləq şəkildə aradan qaldırılmalıdır. Təfərrüat tam məlum olmasa da, ümumi yanaşma ondan ibarətdir ki, müəllimə qarşı əsassız hücumlar yolverilməzdir və valideyn-məktəb əməkdaşlığı qorunmalıdır. Əgər valideynin qeyd etdiyi kimi, müəllim şagirdə qarşı alçaldıcı ifadələr işlədibsə, bu halda valideynin haqlı olduğunu demək olar. Çünki müəllim öz hüquq və vəzifələrini etik davranış qaydalarına uyğun şəkildə icra etməlidir. Qeyd edim ki, bu, mənim şəxsi fikrim və mövqeyimdir".

Onun sözlərinə görə, bu gün müəllimlərin şagirdlərə qarşı hər hansı fiziki və ya psixoloji zorakılıq göstərməsi yolverilməzdir:

"Artıq əvvəlki dövrlərdə mövcud olan "əti sənin, sümüyü mənim" yanaşması keçmişdə qalıb. Zaman dəyişib, yanaşmalar dəyişib və təhsil sistemi də bu reallıqlara uyğun fəaliyyət göstərməlidir. Hazırda valideynlər ən kiçik problemlər zamanı belə müəllimi asanlıqla məsuliyyətə cəlb edə bilirlər. Məhz buna görə də müəllimlər, xüsusilə orta ümumtəhsil məktəblərində dərs prosesini həyata keçirərkən şagirdlərlə davranışda son dərəcə diqqətli olmalı, zorakılığa yol verməməlidirlər. Nə olursa-olsun, problemin mahiyyəti nə qədər ciddi olsa belə, şagirdə qarşı fiziki və ya psixoloji təzyiq göstərmək qətiyyən olmaz. Bu məsələ müəllimin hüquq və vəzifələrində də açıq şəkildə qeyd olunub. Müəllim emosional davranmaq əvəzinə, qanuni və mərhələli mexanizmlərdən istifadə etməlidir. İlk növbədə şagirdə şifahi xəbərdarlıq etməli, izahat almalı, daha sonra valideyni məlumatlandırmalıdır. Əgər problem bu mərhələdə də həllini tapmazsa, məsələ məktəb rəhbərliyinə təqdim olunmalıdır. Bu ardıcıllıqla hərəkət edildikdə, müəllim öz vəzifəsini düzgün şəkildə icra etmiş sayılır və gələcəkdə yarana biləcək problemlərə görə məsuliyyətdən kənarda qalır. Lakin müəllim bu prosedurları gözləmədən məsələni özbaşına həll etməyə çalışar, şagirdə qarşı fiziki və ya psixoloji zorakılığa yol verərsə, bu zaman bütün məsuliyyət birbaşa müəllimin üzərində qalır. Bu isə həm hüquqi, həm də etik baxımdan qətiyyən yolverilməzdir".

Paylaş

Xəbər lenti

Xəyal Rza ailəsi ilə birgə Göyçayda qəzaya düşdü Bu gün, 15:48 Bu ölkədə 22 buddist rahib 112 kq narkotiklə saxlanılıb Bu gün, 15:48 Telefonu yastığın altında saxlamaq beyin xərçənginə səbəb olur? Bu gün, 15:48 "People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər Bu gün, 15:48 Şikayətçi: Qonşunun qazıntısı və yağış suları evimi bu hala saldı Bu gün, 15:48 Ağcabədidə öldürülən Şaiq ANAMA əməkdaşı imiş: Yaxın günlərdə ata olacaqdı Bu gün, 15:48 İşə qəbulda yeni qaydalar: Bu şəxslərə məhdudiyyət qoyulacaq Bu gün, 15:48 Azərbaycanda "lizinq" ləğv OLUNUR? Bu gün, 15:48 Fərid Qayıbov: "Prezident Kuboku 2026" reqatasında çox ölkənin iştirak etməsi sevindirici haldır" Bu gün, 15:48 Çexiyanın Baş naziri: Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir Bu gün, 14:48 Aygün Kazımova ilə Murad Arif Bakıda möhtəşəm festivalda çıxış edəcəklər Bu gün, 14:48 SOCAR "Ukrnafta" ilə əməkdaşlığın inkişafını müzakirə edib Bu gün, 14:48 " Nebulium"un sirri açıldı: yeni element olmadığı məlum olub Bu gün, 14:48 Vüsalə Əlizadə bu məşhurlarla qohum oldu Bu gün, 14:48 Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib Bu gün, 14:48 Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə yoluxma var? - Rəsmi Bu gün, 14:48 Ağdərədə "Prezident Kuboku 2026" beynəlxalq reqatası start götürüb Bu gün, 14:48 Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var Bu gün, 14:48 "AnewZ" "Somali - suverenlik uğrunda mübarizə" adlı filmi təqdim edib Bu gün, 13:48 Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək Bu gün, 13:48 Şakiranın konsertində FACİƏ: İşçi həyatını itirdi Bu gün, 13:48 Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir Bu gün, 13:48 Milli Məclis İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na görə təbrik edib Bu gün, 13:48 Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib Bu gün, 13:48 Mikayıl Cabbarov: "Azərbaycanın güləş komandası tarixində növbəti parlaq səhifə yazdı" Bu gün, 13:48 Meladzenin fəaliyyəti yoxlanıla bilər – Rusiyada çağırış edilib Bu gün, 13:48 Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub Bu gün, 12:48 MSK yenidən formalaşdırılır Bu gün, 12:48 İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib Bu gün, 12:48 Məleykə Abbaszadə: İmtahanda dinləmə aparatı ilə bağlı problemin olması normaldır Bu gün, 12:48 Şabranda güclü yağış fəsadlara səbəb olub Bu gün, 12:48 Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib Bu gün, 12:48 "Eşref Rüya"nın hər bölümündən 1.5 milyon qazanan aktrisanın LÜKS BAĞ EVİ Bu gün, 12:48 Ağcabədidə 2 nəfər qətlə yetirilib, şübhəli saxlanılıb Bu gün, 12:48 Bakıda məşhur gimnaziyada nə baş verir? - Rüşvət, bullinq iddialarına CAVAB GƏLDİ Bu gün, 12:48 Bu şəxslərə 400 manatlıq güzəşt EDİLƏCƏK Bu gün, 12:48 Bakıda yolu keçən qadını avtomobil vurdu - DƏHŞƏTLİ QƏZANIN ANBAAN VİDEOSU Bu gün, 11:48 Azərbaycanda bu şəxslər hər ay "uşaq pulu" ala bilər Bu gün, 11:48 2025-ci ildə ən çox hərbi xərc çəkən ölkələrin adları açıqlanıb Bu gün, 11:48 İsraildə yeni siyasi ittifaq: Netanyahu hökumətdən kənarda qala bilər Bu gün, 11:48 Həftənin ilk günü qızıl bahalaşdı Bu gün, 11:48 Real hadisələrə əsaslanan və gündəm olan "Mikrorayon" serialı barədə bilinməyənlər... Bu gün, 11:48 İlham Əliyev Cənubi Afrika Respublikasının prezidentini təbrik edib Bu gün, 11:48 İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ Bu gün, 11:48 WUF13 üçün 800-dən çox media nümayəndəsi qeydiyyatdan keçib Bu gün, 11:48 Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub Bu gün, 11:48 Hansı qan qrupu sağlamlıq baxımından daha üstün sayılır? – Araşdırma Bu gün, 11:48 Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR