27-04-2026, 21:48 318

Azercell milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir

Şirkət 2025-ci ildə infrastruktur modernləşdirilməsi, süni intellekt əsaslı idarəetmə və kibertəhlükəsizlik istiqamətində kompleks tədbirlər həyata keçirib

Abunəçilərinə ən yüksək müştəri təcrübəsini təqdim etməyi prioritet kimi müəyyən edən "Azercell Telekom" MMC 2025-ci il ərzində şəbəkə infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi, süni intellekt əsaslı idarəetmə mexanizmlərinin tətbiqi, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və böhran davamlılığının artırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirib. Şirkətin təşəbbüsləri milli rəqəmsal ekosistemin dayanıqlılığının möhkəmləndirilməsinə mühüm töhfə verib.

Hazırda 5 milyondan çox abunəçiyə xidmət göstərən Azercell-in ölkə üzrə coğrafi əhatə dairəsi 95,6%, əhali üzrə əhatə səviyyəsi isə 98,6% təşkil edir. Artan data trafiki və sürətlə dəyişən istifadəçi davranışları şəbəkənin optimallaşdırılmasını şirkətin əsas prioritetlərdən birinə çevirib. İl ərzində 220-dən çox mövcud baza stansiyası modernləşdirilib, Bakı, Abşeron və Sumqayıt üzrə 50, regionlarda isə 218 olmaqla ümumilikdə 268 yeni baza stansiyası istifadəyə verilib. Nəticədə ölkə üzrə LTE (4G) baza stansiyalarının sayı 3860-ı ötüb.

Eyni zamanda, şirkət beynəlxalq GSM Assosiasiyası (GSMA) və süni intellekt, bulud texnologiyaları, eləcə də analitika sahəsində qlobal liderlərdən biri kimi tanınan IBM ilə strateji əməkdaşlığını genişləndirərək şəbəkə optimallaşdırılması proseslərində generativ süni intellekt əsaslı həllərin tətbiqinə başlayıb.

Bu çərçivədə həyata keçirilən təşəbbüs əl əməyinə əsaslanan təhlil proseslərini əhəmiyyətli dərəcədə azaldaraq şəbəkə performansının daha sürətli və dəqiq qiymətləndirilməsinə imkan yaradıb. Qərar qəbuletmə mexanizmlərinin çevikliyi artıb, optimallaşdırma prosesləri isə daha məlumat əsaslı şəkildə həyata keçirilib. Layihənin "GSMA AI Use Case Library"də yer alması Azercell-in qlobal innovasiya ekosistemində fəal iştirakını və süni intellekt əsaslı transformasiya strategiyasının beynəlxalq səviyyədə tanındığını nümayiş etdirib.

Şirkət Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasını rəhbər tutaraq bu istiqamətdə də strateji yanaşmasını dərinləşdirib.

Azercell daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirib, insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin aşkarlanması və risklərin operativ qiymətləndirilməsi mexanizmlərini təkmilləşdirib. Real vaxt rejimində monitorinq imkanlarının gücləndirilməsi potensial kibertəhlükələrin qarşısının vaxtında alınmasına və ümumi aşkarlama səviyyəsinin yüksəldilməsinə şərait yaradıb.

Azercell-in "CyberCell" komandası "Critical Infrastructure Defence Challenge 2025" yarışında ikinci dəfə vitse-çempion adını qazanaraq kritik infrastrukturun qorunması sahəsində yüksək peşəkarlıq nümayiş etdirib. Şirkət mütəxəssislərinin "Black Hat USA 2025" və "DEFCON 33" kimi nüfuzlu beynəlxalq platformalarda iştirakı isə Azercell-in qlobal kibertəhlükəsizlik gündəliyində aktiv mövqeyini bir daha təsdiqləyib.

Eyni zamanda, Bakı Mühəndislik Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər sektor üzrə bilik və bacarıqların artırılmasına, yerli ekspert potensialının gücləndirilməsinə xidmət edib.

Rabitə infrastrukturunun uzunmüddətli dayanıqlılığının təmin edilməsi məqsədilə Azercell-in təşəbbüsü ilə yaradılmış "Böhran İdarəetmə Qrupu" 2025-ci ildə fəaliyyətini genişləndirərək institusional əməkdaşlıq modelini daha da möhkəmləndirib. Bu çərçivədə ölkə ərazisində və Orta Dəhliz boyunca rabitə infrastrukturunun etibarlılığını və fasiləsizliyini təmin edən vahid koordinasiya mexanizminin formalaşdırılması istiqamətində işlər davam etdirilib. "Aztelekom" və "Azercosmos" nümayəndələrinin iştirakı ilə biznes davamlılığı, böhran kommunikasiyası, infrastrukturun operativ bərpası və informasiya təhlükəsizliyi üzrə praktiki təlimlər və ssenari əsaslı məşqlər həyata keçirilib. Bakı şəhərində və Qarabağ bölgəsində real vaxt rejimində keçirilən dayanıqlılıq testləri komandalararası koordinasiyanın effektivliyini nümayiş etdirib, milli peyk imkanlarından istifadə etməklə rabitə xidmətlərinin fasiləsizliyinin təmin olunması uğurla sınaqdan keçirilib.

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə sadiq qalan Azercell innovativ texnoloji həllər və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan yanaşması ilə Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyə davam edəcək.

Paylaş

Xəbər lenti

Gənclər Evlərinin direktor və əməkdaşları üçün "Media Akademiyası" təşkil olunub Bu gün, 14:48 Toyunda taxdığı milyonluq qızıllar ARAŞDIRILIR - "Vanlı Kara Haydar" saxlanıldı Bu gün, 14:48 Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı Bu gün, 14:48 Ağaclara qanunsuz yerləşdirilən 267 reklam qurğusu söküldü Bu gün, 14:48 "Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı Bu gün, 14:48 Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI Bu gün, 14:48 Nazir: Azərbaycan PISA nəticələrində artıma görə dünyada ikinci ən yaxşı nəticə göstərən ölkədir Bu gün, 14:48 Koxalski "Qarabağ"dan getdi - RƏSMİ Bu gün, 14:48 Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb Bu gün, 14:48 Tanınmış tikinti şirkətinin dələduzluqda ittiham olunan rəhbərinə HÖKM OXUNUB Bu gün, 14:48 TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib Bu gün, 14:48 Bəzi bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə nəticələri aşağıdır Bu gün, 13:48 Azərbaycana PUA ilə narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 Azərbaycanda qızlar riyazi savadlılıqda oğlanlardan yaxşı nəticə göstərir - Nazir Bu gün, 13:48 9 illik baza üzrə kolleclərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI Bu gün, 13:48 Rusiyada poçt əməkdaşlarına antidron silahları veriləcək Bu gün, 13:48 Azərbaycanda xəstəliklərin aşkarlanmasında süni intellektdən istifadə ediləcək? Bu gün, 13:48 Azərbaycanda fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq Bu gün, 13:48 Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə bütün ölkə üzrə iştirak edir Bu gün, 12:48 Bakıda oyuncaq maşınla yola çıxan şəxs SAXLANILDI Bu gün, 12:48 Azərbaycan riyazi savadlılıq üzrə PISA-da 49-cu yerdədir Bu gün, 12:48 Orta Dəhliz yükdaşımaların sistemli şəkildə artırılması üçün Avropa bazarına çıxır Bu gün, 12:48 İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib Bu gün, 12:48 Azərbaycan təbiət elmlərinə görə 91 ölkə üzrə 69-cu yerdədir Bu gün, 12:48 ADSEA: Azərbaycanda daşqın hallarının sayı son illərdə 10-15 dəfə artıb Bu gün, 12:48 Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib Bu gün, 12:48 Bərdədə bəzi ərazilərdə içməli su ilə bağlı problem yarandı Bu gün, 12:48 "Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq Bu gün, 12:48 Nazir: Oxuduğunu anlamamada ciddi pedaqoji problem var, Bakı üzrə geriləmə müşahidə olunur Bu gün, 12:48 Muxtar Babayev: "Aqrar sahənin iqlim risklərinə uyğunlaşdırılması üzrə proqramlar hazırlanır" Bu gün, 11:49 Tbilisi-Bakı qatarı 24 yaşlı kişini vuraraq öldürdü Bu gün, 11:49 Birinci sinfə qəbul olanların sayı son bir ildə AZALIB - RƏSMİ Bu gün, 11:49 Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir Bu gün, 11:48 Xəstəxanalarda növbələrlə bağlı AÇIQLAMA - GENİŞLƏNDİRİLƏCƏK Bu gün, 11:48 Ağır qəzada həlak olan şəxs lisey müəllimi imiş Bu gün, 11:48 UN-Habitat: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi infrastruktur və iqtisadi risklər yarada bilər Bu gün, 11:48 BYD arakəsməni dağıdıb işıq dirəyinə çırpıldı Bu gün, 11:48 Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi: Son 11 il ən isti dövr olub Bu gün, 11:48 Təcili yardım maşınını telefonla izləmək mümkün ola bilər - RƏSMİ Bu gün, 11:48 Nazir: "Azərbaycan üçün məhsuldarlıq və dayanıqlılıq bir-birinə alternativ məqsədlər deyil" Bu gün, 11:48 Neftimizin qiyməti 107 dolları keçib Bu gün, 10:48 Bakı-Qazax magistralında avtomobil aşdı - Ölənlər var Bu gün, 10:48 Xalq artisti Habil Əliyevin vəfatından 11 il ötür Bu gün, 10:48 Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİR - SƏBƏB açıqlandı Bu gün, 10:48 Bakıda aylıq normanı aşan yağıntı qeydə alınıb - FAKTİKİ HAVA Bu gün, 10:48 Bu kolleclərə direktor müavini təyin edildi Bu gün, 10:48 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər" Bu gün, 10:48 Küləkli havada 4 nəfər xəsarət alıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR