
Bu gün Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatın dayandırılacaq.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.