Bu gün, 09:48 69

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Səməd Vurğun adına Sağlamlıq Mərkəzində "Təhlükəsiz əmək səmərəli fəaliyyətin əsasıdır" mövzusunda konfrans təşkil edilib.

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilən və dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar əməyin mühafizəsi vasitələrindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun əməyin mühafizəsi ilə bağlı videomüraciəti izlənilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov əməyin mühafizəsinin işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin təmin olunması və insan kapitalının davamlı inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial inkişaf strategiyasına uyğun olaraq, əmək münasibətlərinin tənzimlənməsi istiqamətində sistemli yanaşma formalaşdırılıb. Hazırda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində iş yerlərində təhlükəsizlik standartları daha da təkmilləşdirilir, layiqli əmək şəraiti yaradılır.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bu sahədə gördüyü işlər barədə də məlumat verilib. Bildirilib ki, 2025-ci il ərzində bu sahədə digər tədbirlərlə yanaşı, həmkarlar ittifaqları tərəfindən müəssisələrdə əməyin mühafizəsi üzrə 567 monitorinq aparılıb, aşkar olunan çatışmazlıqlarla bağlı müvafiq tövsiyələr verilib. Ötən il bu sahədə təşkil olunmuş 36 təlimdə 2400-dən çox işçi iştirak edib. Konfederasiya sədri çıxışında BƏT ilə əməkdaşlıq və qurumun ölkəmizdə ratifikasiya olunmuş "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" Konvensiyanın önəmini qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Konfederasiyanın Layiqli Əmək Səfiri Musa Quliyev ölkədə əməyin mühafizəsinə dair qanunvericilik bazasının müasir çağırışlara uyğun təkmilləşdirildiyini, normativ-hüquqi aktların işçilərin sağlamlığının qorunmasına və istehsalat risklərinin minimuma endirilməsinə xidmət etdiyini vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu nəzərə çatdırıb, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması tədbirləri, iş yerlərində təhlükəsizlik standartlarının tətbiqi və nəzarət mexanizmləri barədə məlumat verib.

İslam Əməkdaşlıq Təşkilatı Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov və BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev əmək bazarında baş verən dəyişikliklər, rəqəmsallaşma və yeni istehsal modelləri fonunda preventiv və innovativ yanaşmalara diqqət çəkib, sosial dialoqun, eləcə də beynəlxalq əmək standartlarının tətbiqinin iş prosesində təhlükəsizliyin yüksəldilməsində rolunu qeyd ediblər.

Tədbir çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında sahibkarlar üçün əməyin təhlükəsizliyi və mühafizəsi sahəsində (IOSH) təlimlərin təşkilinə dair Anlaşma Memorandumu imzalanıb.

Konfransda əməyin mühafizəsi və bu istiqamətdə Azərbaycan həmkarlar ittifaqları tərəfindən görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub.

Sonda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən müəssisə və təşkilatlar mükafatlandırılıb.

Paylaş

Xəbər lenti

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər Bu gün, 10:48 Dövlət məktəblərində xarici dildə təhsil üçün yeni qaydalar tətbiq olunur Bu gün, 10:48 Naibə Allahverdiyevanın qızının toyundan görüntülər Bu gün, 10:48 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar Bu gün, 10:48 Bahalı geyimlərinin qiymətini açıqladı: "3000-3500 manat aralığındadır" Bu gün, 10:48 25 min abonentin suyu kəsiləcək Bu gün, 10:48 Həyat yoldaşından danışan Sinem Kobal: "Evlilik təklifi etməyi bir il əvvəldən planlaşdırıb" Bu gün, 10:48 Bakıda "BakuBus"un avtobusu qəza keçirib - Şüşəsi qırılıb Bu gün, 10:48 Dünyada nüvə təhlükəsi Soyuq müharibədən bəri ən yüksək səviyyədədir - Qrossi Bu gün, 10:48 Təyyarədə körpə enişə saniyələr qalmış dünyaya gəldi Bu gün, 10:48 Azyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? - "Uşaq elə filmlərə baxmamalıdır" Bu gün, 09:48 Zelenskinin təklifi Azərbaycan Ordusunun gücünü necə dəyişəcək? Bu gün, 09:48 Vaqif Axundova ağır itki Bu gün, 09:48 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər Bu gün, 09:48 Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib Bu gün, 09:48 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar Bu gün, 09:48 Tikinti sahəsində 9 ildə 1677 nəfər müqaviləsiz işlədilib – milyonluq cərimələr tətbiq olundu Bu gün, 09:48 Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb Bu gün, 09:48 Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək Bu gün, 08:48 Bakıda 13 istiqamətdə tıxac müşahidə olunur Bu gün, 08:48 Bakıda bu ərazidə yeni metro stansiyası tikilir? Bu gün, 08:48 Piyada qadını vuran şəxs futbolçu imiş Bu gün, 08:48 Regionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir Bu gün, 08:48 Türkiyənin Quru Qoşunları komandanı Azərbaycanda rəsmi səfərdədir Bu gün, 00:48 Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür Bu gün, 00:48 Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb Dünən, 23:48 Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi Dünən, 23:48 Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi Dünən, 23:48 "Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." Dünən, 23:48 Heydər Əliyev prospektilə bağlı xoş xəbər Dünən, 23:48 Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi Dünən, 22:48 "Haber Global": "Qəbələ daha bir önəmli görüşə ev sahibliyi etdi" Dünən, 22:48 İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk Dünən, 22:48 Alimlərdən sensasion kəşf: qədim okeanlarda nəhəng osminoqlar olub Dünən, 22:48 Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək Dünən, 22:48 Space TV-də daha iki verilişin yayımı dayandırılıb Dünən, 22:48 Səidə Şəfiyeva: WUF13-ə hazırlıq mərhələsində media ilə belə intensiv işin aparılması strateji yanaşmadır Dünən, 21:48 Azercell milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir Dünən, 21:48 İsrail və Qazaxıstan ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər Dünən, 21:48 Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:48 Ağız boşluğundakı infeksiyalar ürək xəstəliklərinə səbəb ola bilər Dünən, 21:48 Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib Dünən, 21:48 Kostanyan: Ermənistan regionda kommunikasiyaların qurulmasında maraqlıdır Dünən, 21:48 Prezident: Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk Dünən, 20:48 Babiş: Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır Dünən, 20:48 Çexiya Avropa İttifaqı Şurasına dörd məktub göndərib Dünən, 20:48 Andrey Babiş Çexiyanın müdafiə şirkətləri barədə məlumat verib Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR