
Xalq artisti Naibə Allahverdiyevanın ailəsində xoş gün yaşanıb.
BAKU.WS xəbər verir ki, sənətçinin qızı Məryəmin toyu olub. Məclis ötən gün paytaxtdakı məkanlardan birində baş tutub.
Məryəm Vasif adlı bəylə ailə qurub. Toya bir sıra tanınmış şəxs axın edib. Onlar arasında Naibə Allahverdiyevanın həmkarları üstünlük təşkil edib.
Gecədə təsirli məqamlar da yaşanıb. Aktrisa qızı ilə lirik mahnının sədaları altında xeyli rəqs edərək kövrəlib.
Məclisdə vur-çatlasın edən şou əhli əyləncəli anlarını instaqram izləyiciləri ilə bölüşüblər.
Sözügedən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.