
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev 6 C ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
AVESTA.AZ xəbər veir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının hasara alınmış ərazidə baş verdiyi müəyyən edilib. Güclü külək yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin peşəkarlığı və operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 70 kv.m. sahədə taxta tullantıları yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.