
2022-ci ildə Türkiyədə "Miss Turkey" yarışmasında dərəcə qazanan Irmak Öztaş təndirxanada çörəkçi işləyir.
AVESTA.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, o uzun müddət işsiz qaldığı üçün bu addımı atmalı olub:
"Məzun olduqdan sonra əslində ilk olaraq modellik üçün İstanbula köçdüm. Amma həmin dövrdə "Miss Turkey" müsabiqəsinə də qatılmışdım. Dörd qısametrajlı filmdə baş rolda oynadım. 2022-ci ildə "Best Model" gözəllik müsabiqəsində iştirak etdim və "Best Güneydoğu Anadolu Güzeli" seçildim. "Miss Turkey"dən sonra Türkiyəni təmsil etmək üçün Cənubi Koreyanın Seul şəhərinə getdim. Təxminən yeddi ay işsiz qaldım. İşsiz olmaq məni bu sektordan daha çox yordu. İnsan bu vəziyyətdə çox düşünməyə başlayır. Bir gün "Təndirxanada iş varmı?" deyə soruşdum və hər şey elə belə başladı. Hazırda çox işləyirəm, düşünməyə belə vaxtım qalmır".
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.