
Nazirlər Kabineti 2024-cü il 1 avqust tarixli 372 nömrəli qərarla təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nda dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, "Təbii inhisar subyektlərinin Siyahısı"nda 14-cü və 15-ci hissələr ləğv edilib.
Dəyişikliyə görə, "ASG Business Aviation" MMC və "ASG Helicopter Services" MMC artıq təbii inhisar subyektlərinin siyahısında yer almırlar.
Qeyd edək ki, sözügedən şirkətlər indiyədək aeroport xidmətləri, hava gəmilərinə aviasiya xidmətləri, eləcə də uçuş zolaqları və müvafiq qurğuların istismarı sahəsində fəaliyyətlərinə görə bu siyahıya daxil edilmişdilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.