
Bakıda qətl hadisəsi törədilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunun Qara Qarayev prospekti, Ş.Mirzəyev küçəsində baş verib.
Prospekt ərazisindəki obyektlərdən birində dörd nəfər birlikdə yeyib-içiblər. Daha sonra həmin şəxslər arasında gərginlik yaranıb. Onlar küçəyə çıxaraq mübahisəni davam etdiriblər. Bu zaman Kamran Əhmədovla dostu Emil Əmirbəyov bir-birlərini bıçaqlayıblar. Nəticədə E.Əmirbəyov hadisə yerində ölüb, K.Əhmədov isə ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.