
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkə silah ixracına başlayır.
AVESTA.AZ xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında paylaşım edib.
Zelenskinin sözlərinə görə, o, Ukrayna Təhlükəsizlik Xidmətinə və kəşfiyyat orqanlarına tapşırıq verib ki, Rusiya ilə əməkdaşlıq edən və bu səbəbdən Ukraynadan silah ala bilməyəcək ölkələrin siyahısını müəyyən etsinlər.
Prezident qeyd edib ki, Kiyev Rusiyanın Ukrayna texnologiyalarına və silahlarına çıxış əldə etməsini istəmir.
Aprelin 23-də Avropa İttifaqı Şurası açıqlayıb ki, Ukrayna 90 milyard avroluq kredit çərçivəsində silahları Aİ ölkələrindən almalıdır.
Şurada bildirilib ki, bu maliyyə Ukraynanın yerli müdafiə sənayesi, Aİ, Avropa İqtisadi Zonası və Avropa Azad Ticarət Assosiasiyası ölkələrindən müdafiə məhsullarına vaxtında və həyati əhəmiyyətli çıxışını təmin edəcək.
Aprelin 22-də Avropa İttifaqı Ukrayna üçün 90 milyard avro kredit və Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təsdiqləyib. Bu vəsaitin ayrılması 2025-ci ilin dekabrında keçirilən Aİ sammitində 2026-2027-ci illər üçün razılaşdırılıb. Məbləğin 60 milyard avrosu silahlanmaya, 30 milyard avrosu isə Ukraynanın büdcə ehtiyaclarına yönəldiləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.