Bu gün, 17:48 74

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub

Aprelin 29-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub.

FHN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səfərin məqsədi "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etməkdir. Əvvəlcə, nümayəndə heyəti Daşkənd şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Məlumata görə, aprelin 29-da Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən ötən il qəbul olunmuş qətnaməyə əsasən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü" kimi qeyd edilir.

Azərbaycan FHN-in nümayəndə heyətinin iştirak etdiyi və Daşkənddə keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş tədbirin əsas məqsədi təcrübə mübadiləsi üçün mühüm beynəlxalq platformaya çevrilərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi, qlobal səviyyədə zəlzələlərə hazırlığın və dayanıqlığın artırılması üzrə effektiv strategiyaların müzakirəsi olub.

Tədbirdə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan nümayəndə heyətləri, eləcə də tanınmış alim və mütəxəssislər iştirak ediblər.

Tədbirdə zəlzələ ilə əlaqəli fəlakət riskini azaltmaq məqsədilə dövlətlərin malik olduqları imkanların səfərbər edilməsi, seysmik təhlükəsizlik sahəsində beynəlxalq səviyyədə tanınan alimlər, tədqiqatçılar və mütəxəssislər arasında davamlı dialoq mexanizminin yaradılmasının əhəmiyyəti qeyd olunub, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin, o cümlədən müasir texniki nailiyyətlər və rəqəmsallaşmanın tətbiqi ilə birgə elmi tədqiqatların aparılması və nəticələrinin qlobal miqyasda reallaşdırılması kimi məsələlər müzakirə olunub.

Beynəlxalq tədbir çərçivəsində iştirakçılar 1966-cı ildə Daşkənddə baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə ucaldılmış "Cəsarət" abidəsini ziyarət ediblər.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Azizbek İkramovla görüşüb.

Səfər müddətində nümayəndə heyətinə göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkür edən nazir K.Heydərov beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib, əhəmiyyətini vurğulayıb. Qədim tarixi köklərə malik Azərbaycan-Özbəkistan münasibətlərinin iki ölkə liderlərinin müdrik uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri sayəsində son illər strateji tərəfdaşlıq səviyyəsində sürətlə inkişaf etdiyini xatırladan nazir, bu çərçivədə fövqəladə halların idarə edilməsinə məsul qurumlar arasında əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib.

Nazir "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planı"nın hazırda fəal icra mərhələsində olduğunu, nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirildiyini bildirib.

Özbəkistan Respublikasının fövqəladə hallar naziri Azizbek İkramov, öz növbəsində, Daşkənddə keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakına görə minnətdarlığını bildirib. Nazir A.İkramov Azərbaycan və Özbəkistan arasında çoxəsrlik tarixə malik münasibətlərin hər iki ölkə liderlərinin strateji və müdrik baxışları sayəsində ildən-ilə daha da genişləndiyini vurğulayıb. Nazir fövqəladə hallarla mübarizə sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evin hamamında zəhərləndi, biri ÖLDÜ - Araşdırma aparılır Bu gün, 18:48 Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi Bu gün, 18:48 Bakı metrosu WUF13 iştirakçılarına müraciət edib Bu gün, 18:48 Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub Bu gün, 18:48 Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblər Bu gün, 18:48 Səid Xətibzadə: ABŞ ilə müharibə hələ bitməyib, İran müdafiə mövqeyini qoruyur Bu gün, 18:48 Bakda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaq Bu gün, 18:48 DGK sədri: "Temu" ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib Bu gün, 17:48 Gömrükdə 300 dollarlıq limit dəyişdirilir? - DGK sədri açıqladı Bu gün, 17:48 Bakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar Bu gün, 17:48 Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub Bu gün, 17:48 Uşaq musiqi məktəblərində müəllimlərin bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək Bu gün, 17:48 Yerin təkindən qanunsuz istifadə edənlər cəzalandırıldı Bu gün, 17:48 "Neftçi" - "Qarabağ" matçına hakim təyinatları açıqlanıb Bu gün, 17:48 Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi Bu gün, 17:48 Kəmaləddin Heydərov rəis müavini təyin etdi Bu gün, 17:48 Qəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA Bu gün, 17:48 Komitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI Bu gün, 16:48 Min manat borca görə ölkədən çıxışa "stop" qoyulur? Bu gün, 16:48 "Prezident Kuboku 2026" beynəlxalq reqatası: Birinci yarış gününün qaliblərii mükafatlandırılıb Bu gün, 16:48 BƏƏ OPEC-dən çıxmasının səbəbini açıqladı Bu gün, 16:48 Azərbaycan avarçəkəni Əlimurad Hacızadə "Prezident Kuboku 2026" reqatasında gümüş medal qazanıb Bu gün, 16:48 İran valyutası yenidən ucuzlaşıb - Dollar 1,8 milyon riala çatıb Bu gün, 16:48 Prezidentin sərəncamı əhalinin sel və daşqın fəlakətlərindən müdafiəsinə gətirib çıxaracaq - RƏY Bu gün, 16:48 Bu il 100 yaşı tamam olan azərbaycanlı alimin həyat və yaradıcılığı Bu gün, 16:48 Gömrük borcunun hesablanmasında YENİLİK Bu gün, 15:48 Aktau 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı seçilib Bu gün, 15:48 Mayda hava 35°-dək yüksələcək - AYLIQ PROQNOZ Bu gün, 15:48 "Kəlmə-Kəlməyə" meyxana şousunda ilk finalçı məlum oldu Bu gün, 15:48 Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq? Bu gün, 15:48 69 minlik dələduzluqda ittiham olunan qadın direktor Türkiyədən ekstradisiya edildi Bu gün, 15:48 AFFA "Neftçi"ni 12 min, "Qarabağ"ı 8 min cərimələdi Bu gün, 15:48 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evin hamamında zəhərləndi - Biri öldü Bu gün, 15:48 AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün  Avropaya yola düşüblər Bu gün, 15:48 Ağsuda "Isuzu" qəzaya uğradı: Yaralı sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ Bu gün, 15:48 Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu Bu gün, 14:49 Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib Bu gün, 14:49 Narkotikin təsiri altında qanunsuz maşın sürdü - HƏBS OLUNDU Bu gün, 14:49 Paytaxtın mərkəzi hissəsində boru partladı - Su küçəboyu axır Bu gün, 14:49 AZAL-ın təyyarəsi İrəvana eniş edib Bu gün, 14:49 Azərbaycanda malların müvəqqəti saxlanca yerləşdirilməsi şərtləri yüngülləşdirilir Bu gün, 14:49 Maliyyə Nazirliyinə Aparat rəhbəri təyin edilib Bu gün, 14:48 Növbəti köç karvanları Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib Bu gün, 14:48 Ağdərənin Aşağı Oratağ kəndinə köçən 6 ailəyə mənzillərinin açarları təqdim olunub Bu gün, 14:48 Azərbaycan və Maldiv adaları arasında VİZA LƏĞV EDİLDİ Bu gün, 14:48 Kürdə su artdı - Sabirabadda iki kəndi birləşdirən körpü su altında qaldı Bu gün, 14:48 Bakıda kişi sevdiyi qızın anasının qızıllarını oğurlayıb, özünə nişan mərasimi keçirdi - Polis saxladı Bu gün, 13:48 Xaçmazda dəhşətli qəza - Sürücülər öldü Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR