
ABŞ-nin Florida ştatının Orlando şəhərindəki "ICON" əyləncə parkında baş verən iğtişaşlar zamanı iki polis xəsarət alıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, axşam saatlarında icazəsiz aksiya keçirmək üçün mindən çox yeniyetmə parkın ərazisinə soxulub.
Qeyd olunub ki, iğtişaşların yatırılması zamanı iki hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Doqquz nəfər saxlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.