10-04-2022, 13:26 714

Ukraynada müharibə yeni keyfiyyət mərhələsinə keçir (ŞƏRH)

Şahin Cəfərli

Ukraynaya hərbi dəstəyin kəmiyyət və keyfiyyətində radikal inkişaf var.

Müharibənin ilk günləri burada "Ukraynanı qızışdırıb, ortada tək buraxdılar, Qərb Ukraynanı satdı" fikri geniş yayılarkən biz Ukraynanın müqavimətinə müvafiq olaraq hərbi yardımların mərhələli şəkildə həyata keçiriləcəyini və artacağını söyləyirdik.

Əgər müharibə ərəfəsində və hərbi əməliyyatlar başladıqdan sonra əsasən antitank sistemləri və qısa mənzilli daşınan ZRK-lar verilirdisə, indi ağır hərbi texnika, uzaqvuran artilleriya sistemləri, kamikadze və kəşfiyyat dronlarının göndərilməsinə başlanıb. Britaniyanın bu gün Ukraynaya gəmi əleyhinə raket sistemləri (güman olunur ki, "Harpoon") təqdim olunacağını açıqlaması isə yeni mərhələdir. Bu, artıq Rusiyanın Odessaya desant çıxarma xəyalının tamamilə dəfn olunması və həmin raketin atəş mənzilinə girən istənilən Rusiya hərbi gəmisinin məhv ediləcəyi anlamına gəlir. Digər tərəfdən, bu qərar onu göstərir ki, artıq Ukraynaya NATO ölkələri istehsalı olan modern ağır silah sistemlərinin verilməsi barədə Qərbdə prinsipial qərar var.

Yazının əvvəlində qeyd etdiyim keyfiyyət dəyişikliyini Qərbin ritorikasında da müşahidə edirik. Dünən Pentaqon sözçüsü Kirbi bildirdi ki, "biz Putinin və onun ordusunun Ukraynada məğlub olmasını görmək istəyirik". O, Ukraynanı müntəzəm olaraq kəşfiyyat məlumatları ilə təmin etdiklərini və bu məlumatlardan hücum əməliyyatlarında da isifadə edilə biləcəyini vurğuladı. Kirbidən 2 gün əvvəl dövlət katibi Blinken bəyan etmişdi ki, "Ukraynanın qələbəsini nəzərdə tutmayan hər hansı potensial ssenari görmür".

Bu gün isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borrel  "Twitter"də yazıb ki, bu savaş döyüş meydanında qazanılacaq. Avropa Birliyi rəhbərliyinin bu cür militarist mövqe ifadə etməsi çox nadir rast gəlinən hadisədir. AB eyni zamanda Ukraynaya hərbi yardım məqsədilə daha 500 milyon avro ayırıb. (Əvvəl də 1 milyard ayırmışdı.)

Bundan başqa, AB və Kanadanın təşəbbüsü ilə keçirilən "Stand up for Ukraine" qlobal kampaniyası çərçivəsində ukraynalı qaçqınlar üçün qısa müddətdə 10 milyard avro toplanıb. Ukrayna hökumətinə də ayrı-ayrı Qərb dövlətləri tərəfindən milyardlarla dollar/avro yardım ayrılmaqdadır.

ABŞ Senatında yekdilliklə qəbul olunan lend-liz qanunu isə aşağı palatada da təsdiqlənərək prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Bu qanun ABŞ prezidentinə hər hansı bürokratik gecikmə yaşanmadan müharibənin sonuna qədər Ukraynaya operativ şəkildə istənilən sayda, istənilən növ silah, hərbi texnika və humanitar yardım göndərməyə səlahiyyət verir. ABŞ ilk dəfə alman faşizmini məğlub etmək üçün lend-liz qanunu qəbul etmişdi, indi isə rus faşizmini məğlub etmək zərurəti yaranıb və bu məqsəd üçün ikinci dəfə həmin qanunu dirçəltməyə ehtiyac var. Rusiyaya mesaj verilir ki əgər sən müharibəni uzatmaqla Ukraynanın resurslarının tükənəcəyinə oynayırsansa, yanılırsan və biz nə qədər maddi-hərbi yardım lazımdırsa, o qədər ayırmaqda qərarlıyıq.

Savaşın ilk günləri onu da qeyd etmişdik ki, NATO Ukrayna hava məkanının təhlükəsizliyini təmin etməsə belə, ən azı Qərb liderlərinin Kiyevə səfərləri paytaxtın qorunması üçün mühüm dəstək nümayişi olardı. Dünən Avropa Birliyi, bu gün isə Avstriya və Britaniya liderləri Kiyevə səfər etdilər. Bu cür yüksək səviyyəli səfərlər həm Ukrayna rəhbərliyi və xalqına ciddi mənəvi-psixoloji dəstək, həm də Kiyev üçün bir növ qeyri-rəsmi təhlükəsizlik təminatıdır.

Rusiya nə qədər müharibəni tez dayandırıb, 24 fevraldan əvvəlki vəziyyəti bərpa etsə, o qədər özü üçün yaxşı olar. Sanksiyalar anakonda taktikası ilə tətbiq olunur və Rusiyanın boğazını getdikcə daha çox sıxmağa başlayır. Rusiya əvvəl hava blokadasına alınmışdı (Qərb tərəfindən), indi isə onun quru və dəniz ticarəti məhdudlaşdırılır. Rusiyanın enerji sahəsində ən böyük strateji tərəfdaşı olan Avropa Birliyi bu ölkədən kömür idxalına qadağa qoymaqla (avqustdan etibarən) enerji sahəsində sanksiyalara da start vermiş oldu. Növbədə neft embarqosudur. Qaz idxalı da bu ilin sonuna qədər azaldılacaq.

Şübhəsiz ki, bunkerdə daldalanan tiran müharibə əmri verərkən qarşısında bu qədər güclü və yekdil antiPutin koalisiyası görəcəyini gözləmirdi və bunu hesablamamışdı. 

Putin rejiminin onurğasını qıracaqlar.

Paylaş

Xəbər lenti

Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR