
ABŞ Müdafiə Nazirliyi İranla davam edən hərbi əməliyyatların ümumi xərclərinin təxminən 25 milyard dollara yüksəldiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, "Epik Qəzəb Əməliyyatı" adlandırılan müdaxilənin ilk günlərində xərclərin sürətlə artdığı, yalnız ilk altı gün ərzində 11,3 milyard dollara çatdığı bildirilir. Müharibə ikinci aya yaxınlaşdıqca, məsələ ABŞ Konqresində də müzakirə mövzusuna çevrilib.
Pentaqonun baş müfəttişi Kuls Hörst Konqresdə çıxışı zamanı qeyd edib ki, xərclərin əsas hissəsini sursat təminatı təşkil edir. Bundan əlavə, əməliyyat xərcləri, texniki xidmət və avadanlıqların yenilənməsi də ümumi məbləğə daxildir.
Bununla yanaşı, bəzi konqres üzvləri vəsaitlərin necə xərcləndiyi barədə ətraflı hesabatın təqdim olunmamasını tənqid edib. Eyni zamanda, Hörmüz boğazında yaranan gərginlik fonunda neft qiymətlərinin artması və ABŞ-də yanacaq bahalaşması ictimai narahatlığı artırıb.
Məlumata görə, Pentaqon yaxın vaxtlarda ümumi xərclərlə bağlı yekun qiymətləndirmə təqdim etdikdən sonra Konqresdən əlavə maliyyə vəsaiti tələb etməyi planlaşdırır. ABŞ qanunvericiliyinə əsasən, yaxın günlərdə müharibənin davamı ilə bağlı Konqresdə səsvermə də keçirilə bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.