Bu gün, 12:48 39

Okamponun ifşası:

Avropa siyasəti dibə yuvarlanmaqdadır.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Minval Politika" məlumat yayıb.

Portalın əldə etdiyi sensasiyalı videoqeydlər erməni lobbisinin Avropa institutlarındakı fəallığını və Avropa İttifaqının (Aİ) ali rəhbərliyindəki dərin korrupsiyanı sübut edir. Söhbət BMT Beynəlxalq Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomasın öz məqsədləri və bu məqsədlərə çatmaq yolları barədə açıq danışdıqları videolardan gedir.

Okamponun ifşası:

Məqalədə qeyd olunub ki, Azərbaycan auditoriyasına Luis Okamponun kimliyi barədə geniş məlumat verməyə ehtiyac yoxdur. Vəzifəsini böyük qalmaqalla tərk edən argentinalı keçmiş prokuror son illərdə ödənişli erməni lobbiçisinə çevrilib. Yeni sponsorlarının sifarişlərini icra etmək üçün bu şəxs hər şeyə - açıq saxtakarlığa, ksenofobiya və islamofobiya üzərindən oyunlar qurmağa hazırdır. Onun şübhəli "fəaliyyəti" barədə əvvəllər də çox yazmışıq.

İndi isə sabiq prokurorun ətrafındakı qalmaqallı vəziyyət yeni cizgilər qazanıb. Okamponun oğlu söhbət əsnasında səmimi etiraflar edib: "Bizim nail olmalı olduğumuz tək şey Paşinyanı, yəni baş naziri kənarlaşdırmaqdır".

Okamponun ifşası:

Lakin Luis Okamponun özünün etirafları daha maraqlıdır.

"Əgər mənim bu cür işlərlə məşğul olan şirkətim varsa, biz bunu maya dəyərinə edə bilərik, çünki, məsələn, hazırda mənim ştatımda əvvəllər Avropa Parlamentinin üzvü olmuş çox bacarıqlı bir şəxs var. O, hüquq məsləhətçisi olub..." - deyə o, heç çəkinmədən qeyd edir.

Həmsöhbəti soruşur: "Borrel?"

Okampo isə tərəddüd etmədən cavab verir: "Məhz Borrel. Yəni bu şəxs indi Avropa Parlamentində mənim üçün işləyir. Orada, Avropa Parlamentində mən çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərərək Avropa siyasətini yönləndirə bilərəm".

Okamponun planları olduqca böyükdür: Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını (AK) Azərbaycanla müqaviləni ləğv etməyə məcbur etmək və ABŞ-dəki erməni lobbisi ilə əməkdaşlıq çərçivəsində təzyiqləri artırmaq. Görünən odur ki, burada əsas rıçaq "insan hüquqları" mövzusunda spekulyasiyalardır.

Videoyazıları və onların mətn deşifrəsini təqdim edirik:

Luis Moreno Okampo: Əgər mənim bu işləri görən bir şirkətim varsa, biz bunu çox sərfəli qiymətə həyata keçirə bilərik. Çünki, məsələn, indi mənim işçilərim arasında vaxtilə Avropa Parlamentinin deputatı olmuş çox ağıllı bir adam var. O, hüquq məsləhətçisi idi…

Naməlum həmsöhbət: Borrelin? və komissarın… hə?

Naməlum həmsöhbət: Borrelin? Yox?

Luis Moreno Okampo: Elə həmin Borrelin. Beləliklə, o adam indi Avropa Parlamentində mənim üçün çalışır. Və orada, Avropa Parlamentində mən müraciətlər edə, etirazımı bildirə, suallar ünvanlaya və komissar fon der Lyayenə təzyiq edə, bununla da Avropa siyasətinə düzəlişlər edə bilərəm.

Üstəlik, mənim bilmədiyim yeni bir şey baş verir. Tamamilə yeni bir vəziyyət: Avropa Məhkəməsində Komissiyanı Azərbaycanla müqaviləni ləğv etməyə məcbur edəcək bir işə baxılır. Çünki Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var və o, buna əməl etmir.

Buna görə də mən bu yeni məkanı kəşf edirəm, yəni... bu indi niyə vacibdir? Hazırda Aİ önəmlidir, çünki Tramp artıq yolu təmizləyir. Biz artıq salınmış yola qədəm qoyuruq. Təzyiqləri artırırıq və mən bunu Birləşmiş Ştatlardakı erməni lobbisi ilə birlikdə edəcəyəm. Beləliklə, biz oraya daxil olduq və daha çox həyata keçirilə biləcək işləri irəli sürdük. Divarı uçurmağıma ehtiyac yoxdur, qapı onsuz da açıqdır və biz sadəcə onun kilidini açırıq.

Tomas Moreno Okampo: Yox, bizim etdiyimiz şey insanları təşkilatlandırmaq oldu ki, onlar - "Baxın, nələr baş verir", - deyə anlasınlar. Baş verənləri başa düşmələrinə kömək etmək üçün. Və bu, hələ də davam edir. Məsələn, bu gün bir görüş var idi. Bu gün aktivistlərlə, iş adamları ilə, bu iş üzərində, ermənilərlə bağlı bütün vəziyyət üzərində çalışan insanlarla görüş keçirilir. Elədir? Qarabağ erməniləri ilə bağlı. Onlardan biri, gənc bir qadın sosial şəbəkələrdə kampaniyaya rəhbərlik edir, çünki indi Ermənistanda böyük qarışıqlıq var. Seçki ilə bağlı daxili çəkişmələrə görə əsl xaos yaşanır. Beləliklə: "Yox, bizim əldə etməli olduğumuz şey baş nazir Paşinyanı uzaqlaşdırmaqdır".

Naməlum həmsöhbət: Prezidenti?

Tomas Moreno Okampo: "Biz onu kənarlaşdırmalıyıq".

Bax bu, artıq maraqlıdır. Faktiki olaraq, söhbət Ermənistanın daxili işlərinə kobud müdaxilədən, regional sülh və təhlükəsizliyi sarsıtmaq cəhdlərindən gedir. Hər şeyi öz adı ilə adlandırsaq, Luis Okampo erməni lobbisinin sifarişi və maliyyə dəstəyi ilə regional sülhə və Azərbaycana qarşı kampaniya başladıb və bu kampaniyaya Avropa siyasətçiləri, eləcə də Rusiyada yaşayan erməni oliqarxlar geniş şəkildə cəlb olunub.

Üstəlik, Okamponun bu çirkin kampaniyasının əsas fiqurlarından biri Avropa diplomatiyasının sabiq rəhbəri Jozep Borrel və onun ətrafı olub. Həmçinin redaksiyamızda bu fəaliyyətdə Avropa Parlamentinin digər deputatlarının və Aİ-nin yüksəkrütbəli məmurlarının iştirakına dair məlumatlar da var.

Kampaniya, əsasən, Rusiyada yaşayan erməni oliqarxları, o cümlədən Samvel Karapetyan, Ruben Vardanyan və başqaları tərəfindən maliyyələşdirilib. Videoda Okamponun oğlunun Ermənistandakı siyasi vəziyyəti və baş naziri devirmək planlarını açıq şəkildə müzakirə etməsi xüsusilə diqqət çəkir. Görünən odur ki, Okampo, Borrel və digərləri Rusiyanın iştirakı ilə Avropada və Avropa Parlamentində Rusiya korrupsiya pulları hesabına kampaniya təşkil edərək Ermənistanda hakimiyyət dəyişikliyi, o cümlədən şəxsən Nikol Paşinyanın devrilməsi ssenarisinin mərkəzində dayanıblar.

Və bu, yeganə hal deyil. "Minval Politika"nın daha əvvəl məlumat verdiyi kimi, bir müddət öncə Aİ hibrid təhdidlərlə mübarizə üçün Ermənistana bir qrup göndərmişdi. Diqqətçəkən məqam odur ki, əslində, bu təhdidlərin yaradılmasında Avropa Parlamentinin özü kimi qurumlar mühüm rol oynaya bilərdi. Bundan əlavə, Avropa Parlamentinin müvafiq qətnaməsinin mətni və rəvayətləri Rusiya ritorikası və Moskva narrativləri ilə təəccüblü şəkildə üst-üstə düşür.

Açığını desək, Avropa strukturlarının korrupsiyaya nə dərəcədə bulaşdığı heç kimə sirr deyil. Xüsusilə Borrelin kimə xidmət etdiyi və etməkdə davam etdiyi məlumdur. Lakin indi təqdim olunan materiallardan yeni, sensasion adlar və faktlar üzə çıxır.

Nəhayət, ən əsası. İstənilən ifşanın "dipfeyk" və neyroşəbəkələrin ayağına yazılmağa çalışıldığı bir dövrdə biz bu sualı əvvəlcədən aradan qaldırırıq: təqdim etdiyimiz videomateriallar tamamilə orijinaldır və süni intellekt vasitəsilə heç bir müdaxiləyə məruz qalmayıb. Auditoriyada yarana biləcək şübhələri anlayırıq və məhz buna görə xüsusi olaraq vurğulayırıq - söhbət rəqəmsal manipulyasiya məhsulundan yox, real qeydlərdən gedir.

Jurnalistika etikası qaydalarına uyğun olaraq, "Minval Politika" vəziyyətə aydınlıq gətirmək üçün Okamponun öz mövqeyini dərc etməyə hazırdır, həmçinin bu qalmaqalla bağlı şərh almaq üçün Avropa Parlamentinə və digər Aİ institutlarına sorğular göndərmək niyyətindədir.

Bununla belə, narahatlıq doğuran suallar vermək hüququnu özündə saxlayır. Niyə Avropa Parlamenti, Avropa Komissiyası və Belçika xüsusi xidmət orqanları indiyədək mümkün korrupsiya faktlarını araşdırmır? Ümumiyyətlə, onlar bu məsələni araşdıracaqlarmı?

Bu, məhz təcili və hərtərəfli təhqiqatın aparılmasını tələb edən bir haldır. Belçika xüsusi xidmət orqanları adları çəkilən şəxslərin Avropa Parlamentindəki fəaliyyətini öyrənməli, Borrel, Okampo və digərlərinin iştirakı ilə mümkün korrupsiya sxemlərini üzə çıxarmalıdır. Üstəlik, hibrid təhdidlərə qarşı mübarizə məqsədilə Ermənistanın öz mediasının bu məsələnin detallarını ölkə daxilində araşdırması yerinə düşərdi. Şübhə yoxdur ki, dünya ictimaiyyəti Avropa Parlamentində bu işlə bağlı yeni qalmaqallar və araşdırmalar gözləməlidir.

Biz, həmçinin Ermənistan mediasını hibrid təhdidlərə qarşı mübarizə məqsədilə ölkə daxilində bu məsələnin detallarını araşdırmağa çağırırıq.

Okamponun, eləcə də erməni lobbisi və ələ alınmış Avropa siyasətçilərinin daxil olduğu şəbəkənin fəaliyyəti açıq şəkildə göstərir: onların hücumu yalnız Bakıya qarşı yönəlməyib. İrəvan və bölgədəki həssas tarazlıq da zərbə altındadır. Bir sözlə - bu, sülh prosesini pozmaq və vəziyyəti idarəolunan de-stabilləşdirmə ssenarisinə qaytarmaq cəhdidir.

Ardı var..."

Paylaş

Xəbər lenti

İlham Əliyev: Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə sevinmir Bu gün, 13:48 Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm Bu gün, 13:48 "Dərmanlı meyvə"nin faydası var? Bu gün, 13:48 Hansı bürclər dediyi yalana özü də inanır? Bu gün, 13:48 Masazırda 1 yaşlı uşaq faciəli şəkildə öldü Bu gün, 13:48 Kababdan sonra mədəmiz niyə AĞRIYIR? – SƏBƏB Bu gün, 13:48 Bu çay qocalmağın düşmənidir Bu gün, 13:48 Gəncədə "ABAD məhəllə" layihəsi həyata keçirilir Bu gün, 13:48 Məhkumlarla görüşlər üçün onlayn qeydiyyat xidməti istifadəyə verilib Bu gün, 12:49 Xocavənd kəndinə daha 32 ailə yola salınıb Bu gün, 12:49 Rusiyada ən azsaylı xalqın sayı açıqlanıb Bu gün, 12:49 Okamponun ifşası: "Paşinyan aradan qaldırılmalıdır" Bu gün, 12:48 SOCAR-ın idarəsi 3 ayda qeyri-neft ixracından 35 milyon dollardan çox gəlir əldə edib Bu gün, 12:48 Metronun yeni açılacaq stansiyası HARADA YERLƏŞİR? - VİDEO Bu gün, 12:48 Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq Bu gün, 12:48 İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib Bu gün, 12:48 Prezident: İdmançılarımızda qələbə əzmi çox güclüdür Bu gün, 12:48 "Hafka" ilə Qurban Qurbanov bir arada Bu gün, 11:48 Mayın sonunda ardıcıl 5 gün iş olmayacaq Bu gün, 11:48 Baş Ələt stansiyasında dəmir yolu xətlərinin yenilənməsi davam edir Bu gün, 11:48 Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub Bu gün, 11:48 "Fənər"dən qovulan Tedeskoya yeni təklif gəldi Bu gün, 11:48 Oğuzda narkokuryerlər saxlanılıb Bu gün, 11:48 DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ Bu gün, 11:48 Gəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI Bu gün, 11:48 İranla müharibənin xərci 25 milyard dollara çatıb - Pentaqon Bu gün, 10:48 "Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR Bu gün, 10:48 Azərbaycanda saatlıq əməkhaqqı modelinə keçid sürətlənə bilər Bu gün, 10:48 Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı Bu gün, 10:48 Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar Bu gün, 10:48 Avropa ölkələri NATO-ya əlavə olaraq yeni hərbi dəniz ittifaqı yaradır Bu gün, 10:48 Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək Bu gün, 10:48 Həbib Nurməhəmmədov: "Putin mənim üçün heç bir idman bazası tikdirməyib" Bu gün, 10:48 Qəbul imtahanının II mərhələsi üzrə neçə abituriyent qeydiyyatdan keçib? Bu gün, 10:48 Ronaldo azarkeşlərin məsxərəsinə istehzalı cavab verdi Bu gün, 10:48 MTK-lar idarəetməni niyə təhvil vermirlər? - Sakinlərin bitməyən "komendant" dərdi Bu gün, 09:48 ABŞ-İran gərginliyi yenidən artır: Müharibə yenidən başlayacaq? Bu gün, 09:48 Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 09:48 Neftimiz 6 dollardan çox bahalaşıb Bu gün, 09:48 Bakıda yanğın təhlükəsizliyi pozulan topdansatış mağazası bağlandı Bu gün, 09:48 "Prezident Kuboku 2026": Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq Bu gün, 09:48 Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi - Agentlikdə TƏYİNAT Bu gün, 08:48 Ucar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" Bu gün, 08:48 Tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq Bu gün, 08:48 Ardıcıl 3 gün qeyri-iş günü olacaq Bu gün, 08:48 "Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub Bu gün, 00:48 Orxan Fikrətoğlu: "Allahdan qorxmayan insan birmənalı olaraq təhlükəlidir" Bu gün, 00:48 ADNA-da törədilən terror aktından 17 il ötür Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR