
İranın Misirdəki səfiri Müctəba Firdovsi-Pour sensassion açıqlaması ilə diqqət çəkib.
BAKU.WS "TASS"a istinadən xəbər verir ki, o ABŞ-nin İranla müharibədə uduzduğunu və bunu danışıqlar yolu ilə kompensasiya etməyə çalışdığını bildirib.
O qısaca olaraq hücumlardan sonra İranın "danışıqlara girməmək" hüququna malik olduğunu bildirib.
"ABŞ həm qlobal iqtisadiyyat, həm enerji sektoru, həm də valyuta baxımından döyüş meydanında məğlub olub. Onlar məğlub olublar, lakin danışıqlar masasında diplomatiya yolu ilə qalib gəlməyə çalışırlar", - deyə o bildirib
"Bütün hücumlardan sonra" İranın "danışıqlarda iştirak etməmək, əks tərəfdən istədiyini tələb etmək" hüququ var" -deyə, Müctəba Firdovsi-Pour açıqlamasına daha sonra əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.